Dünya
Gürcüstanda və Ermənistanda koronavirusa yoluxma sayı açıqlandı
4 Yanvar, 2021
127
FOTO: Sosial media  
 
Gürcüstanda ötən sutkada daha 594 nəfər koronavirusa yoluxub, 1 963 nəfər müalicə olunaraq sağalıb, 25 xəstə isə vəfat edib.

Bu barədə yanvarın 4-də Gürcüstan hökumətinin xüsusi rəsmi saytında məlumat verilib.

Beləliklə, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 229 763 təşkil edib. Onların 222 405-i sağalıb, 2 628-i isə ölüb.

Ermənistanda isə daha 193 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı yanvarın 4-də ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Ermənistanda virusa yoluxanların sayı 160 027 nəfərə çatıb. Pandemiyadan ölənlərin sayı isə daha 14 nəfər artaraq 2 864-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, amma digər səbəblərdən ölənlərin sayı isə 691-ə yüksəlib. İndiyədək 144 831 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 11 834 aktiv koronavirus xəstəsi var.
Dünya

Rusiya Qərbə səsləndi: "Odla oynamamağa çağırırıq"

 

3 Mart 2021

Sosial media

ABŞ və Avropa Birliyi müxalif lider Aleksey Navalnının zəhərlənməsi və həbs edilməsinə görə Rusiyaya qarşı birgə sanksiyalar tətbiq edib.  "Currentime.tv"-nin martın 3-də verdiyi məlumata görə, ABŞ sanksiyaları Rusiya Cəzaların İcrası Federal Xidmətinin rəhbəri Aleksandr Kalaşnikova, prezident administrasiyasının daxili siyasət idarəsinin rəisi Andrey Yarinə, baş prokuror İqor Krasnova, Federal Təhlükəsizlik Bürosunun direktoru Aleksandr Bortnikova, müdafiə nazirinin müavinləri Aleksey Krivoruçko və Pavel Popova, həmçinin prezident administrasiyası başçısının birinci müavini Sergey Kiriyenkoya tətbiq edib. Bildirilir ki, Qərbin sanksiyalarına həmçinin Rusiya ilə əlaqədar olan şirkətlər və elmi-tədqiqat institutları da məruz qalıb. Bunlara "Ximmed", "Femteko", "İnterlab", "Labinvest", "Analitik prodakts", "İnteks avadanlıqları", "Rau farm", "Regionsnab" və...
Dünya

Yunanıstanda güclü zəlzələ baş verib

3 Mart 2021

sosial media

Yunanıstanda 6,2 bal gücündə zəlzələ baş verib. Bu barədə martın 3-də "Anadolu" agentliyi məlumat verib. Məlumata görə, saat 13:16-da baş verən zəlzələnin episentri Yunanıstanın Saloniki şəhərindən 120 km cənub-şərqdə, Elasson şəhəri yaxınlığında qeydə alınıb. Məsələ ilə əlaqədar açıqlama verən Elasson şəhərinin meri Nikas Qatas deyib ki, ilkin məlumata görə, itki yoxdur. Hazırda dəyən ziyanın araşdırıldığı bildirilir.
Seçilmiş Videolar