Dünya

Gürcüstanın baş nazirindən çağırış: "Saakaşvilini unudun"

20 Oktyabr, 2021
1194

Rəsmi səhifə

"Yerli özünüidarə orqanlarına seçkilər ərəfəsində Gürcüstan hökuməti Mixail Saakaşvili barəsində çox danışıb, indi isə onu unutmaq və barmaqlıqlar arxasında cəzasını çəkməsinə imkan vermək lazımdır". 

“Sputnik Gürcüstan” xəbər verir ki, belə bir çağırışla ölkənin Baş naziri İrakli Qaribaşvili çıxış edib.

Baş nazir bildirib ki, sabiq prezidentin barəsində qaldırılmış cinayət işləri var və o, aldığı cəzanı tam çəkmədən azadlığa buraxılmayacaq.  

“Seçkilər qurtarandan sonra mən bizim komandanın üzvlərindən də xahiş edərdim ki, Saakaşvili haqqında şərhlər verməsinlər... O – məhkumdur, ən az altı il cəzasını çəkəcək”,  - Qaribaşvili bildirib.

Mixail Saakaşvili Gürcüstanı 2013-cü ildə tərk edib. O, deputat Valeriya Gelaşvilinin döyülməsində və Sandro Qirqvliani adlı vətəndaşın qatillərini qanunsuz əfv etməkdə günahkar bilinərək qiyabi olaraq altı il həbs cəzasına məhkum edilib. Bundan əlavə, onun haqqında daha dörd cinayət işi qaldırılıb. 

Oktyabrın 19-da məlum olub ki,  keçirdiyi aclıq aksiyası nəticəsində keçmiş prezidentin sağlamlığından problemlər yaranıb. O, orqanizminin zəifləməsi səbəbindən Tbilisi xəstəxanalarından birinə yerləşdirilə bilər. Vəkillərinin dediyinə görə, 18 günlük aksiyadan sonra Saakaşvili çətinliklə hərəkət edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Yaxın Şərqdə müharibə: ABŞ atəşkəs başa çatdıqdan sonra İsrail üçün qırmızı xətlər çəkib

Yadigar Sadıqlı
8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Atəşkəsin bu qədər uzun sürməsi diplomatik səylərin nəticəsi idi. İndi, yeddi günlük pauzadan sonra İsrail də, HƏMAS da mürəkkəb hərbi və siyasi məsələləri həll etməlidirlər.  HƏMAS üçün bu, həyatda qalmaq mücadiləsidir. Nə qədər ki, HƏMAS yaraqlısı tətiyi basa və ya İsrailə raket ata bilir, məğlubedilməz olduğunu iddia edəcək. İsrailin vəzifəsi isə, özünün nəhəng hərbi qüdrətinə baxmayaraq, daha çətindir. Oktyabrın 7-də baş tutan və çoxu mülki şəxslər olan 1200-ə yaxın adamın ölümü ilə nəticələnən hücumdan sonra ölkənin baş naziri Binyamin Netanyahu HƏMAS-dan sarsıdıcı intiqam almağa and içib. İsrail ordusunun hərbi əməliyyatları bərpa etməsindən sonrakı ilk saatlarda hökumət “WhatsApp”dakı xəbərində bir daha...
Dünya

Putin prezident seçkilərində iştirak edəcəyini açıqlayıb

Toplum TV
8 Dekabr 2023

Reuters

Rusiya Federasiyası Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.  Toplum TV TASS-a istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də jurnalistlərə Vətən Qəhrəmanları Günü münasibətilə Kremldə keçirilən mərasimdən sonra dövlət başçısı ilə söhbətin iştirakçıları məlumat veriblər. Məlumata görə, qondarma "Donetsk Xalq Respublikası parlamenti"nin spikeri Artyom Coqa Putinə müvafiq tələblə müraciət edib və Rusiya prezidenti bununla razılaşıb. https://toplum.tv/dunya/prusiyanin-neftden-gelirleri-rekord-hedde-ccedilatibp Putinin dövlət başçısı kimi səlahiyyətləri 2024-cü il mayın 7-də başa çatır. Rusiyada növbəti prezident seçkiləri isə martın 17-nə təyin edilib. Putin beşinci dəfə prezidentliyə namizədliyini irəli sürəcək. O, qalib gəlsə, daha 6 il, 2030-cu ilə qədər dövlət başçısı postunu...

Seçilmiş Videolar

Toplum TV loqo