Dünya

Gürcüstanın baş nazirinin evi qarşısında aksiya 

16 İyul, 2021
80

Civil.ge

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin evi qarşısında onun istefası tələbiylə etiraz aksiyası keçirilib. 

"Mtavari Arkhi" telekanalının verdiyi məlumata görə, aksiya zamanı polislə etirazçılar arasında toqquşma baş verib. 

Etirazçılar asfaltın üzərinə "Qaribaşvili - qatil!" ifadəsini yazmağa cəhd ediblər. 

Aksiyaçılar LGBT əleyhdarları tərəfindən döyüldükdən sonra vəfat edən "Pirveli" telekanalının operatoru Lekso Laşkaravanın ölümündə hökumətin rol oynadığını bildirirlər. Müxalifət nümayəndələri hökuməti LGBT əleyhinə keçirilən aksiyalar zamanı prosesi işıqlandıran jurnalistləri qorumamaqda ittiham edir.  

"Sputnik Gürcüstan" bu gün, iyulun 16-da məlumat yayıb ki, polis iyulun 5-də Tbilisidə LGBT əleyhinə etiraz aksiyaları təşkil edən təşkilatçıların evlərində axtarış aparmağa başlayıb. Onlardan bəzilərinin polis bölmələrinə çağırıldığı bildirilib. 

İyulun 11-də teleoperator  Lekso Laşkarava öz mənzilində ölü vəziyyətdə tapılıb. Bundan beş gün əvvəl isə o, Tbilisidəki iğtişaşlar zamanı LQBT əleyhdarları tərəfindən döyülmüşdü. Laşkaravanın sifətində sınıqlar yaranmış və ona cərrahiyə əməliyyatı edilmişdi. 

Gürcüstanın Daxili İşlər Nazirliyi L. Laşkaravanın ölümünə səbəb kimi onun ölümqabağı spirtli içki içməsini göstərib. 

Teleoperator ölümündən sonra Tbilisidə baş nazir İrakli Qaribaşvilinin və hökumətin istefası tələbiylə etiraz aksiyaları başlayıb. 

Avropa Birliyinin Gürcüstandakı diplomatik missiyası LQBT aksiyaları zamanı baş verən zorakılıqları pisləyib və Gürcüstan hökumətini insanların dinc şəkildə toplaşmaq hüququnu qorumağa çağırıb.
 

Dünya

KİV: Tunisin baş naziri döyülərək istefaya məcbur edilib

29 İyul 2021

Reuters

Tunisin baş naziri Hiçem Meçiçi məcburən istefa verməsi üçün prezident sarayında döyülüb.  Bu barədə iyulun 29-da "The Middle East Eye" nəşri xəbər verib.  Nəşrin məlumatına görə, Meçiçi prezident Kais Səidin iqamətgahına dəvət olunub, burada dövlət başçısı ondan könüllü surətdə istefa verməyi tələb edib. O, imtina edəndə isə naməlum şəxslər onu prezidentin tələb etdiyinə razı olanacan döyüblər.  Meçiçi rəsmi bəyanatında dövlət nizamına qarşı getməyəcəyini, səlahiyyətlərini növbəti baş nazirə ötürməyə hazır olduğunu və ona uğurlar arzuladığını bildirib.   İyulun 26-da Tunis prezidenti hökuməti istefaya göndərib, parlamentin fəaliyyətini dondurub, deputatların toxunulmazlığını ləğv edib və parlament spikerinin ölkədən çıxmasına qadağa qoyub. Bu qərar ölkəni...
Dünya

İran Bakı və Yerevana yardım təklif etdi

29 İyul 2021

Reuters

İran Bakı və Yerevan arasındakı münasibətlərin tənzimlənməsi üçün yardım etməyə hazırdır. "Sputnik Ermənistan"ın iyulun 29-da verdiyi məlumata görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xatibzadə açıqlama verib.  Xatibzadə Azərbaycan-Ermənistan sərhədində münaqişənin dərinləşməsindən narahat olduğunu, yaralanan əsgərlərə görə kədərləndiyini diqqətə çatdırıb. Diplomatın sözlərinə görə, gərginliyi və toqquşmaları bacardıqca tez aradan qaldırmaq və Cənubi Qafqazda əmin-amanlıq yaratmaq zəruridir. 
Seçilmiş Videolar