Reuters
Haiti prezidenti Jovanel Moizini qətlə yetirən əcnəbi muzdlulardan ibarət mütəşəkkil dəstə ən azı 28 nəfərdən ibarət olub.
BBC-nin məlumatına görə, Haiti polisinin təmsilçisi Leon Şarl mətbuata açıqlamasında bildirib ki, araşdırmalar nəticəsində 15 Kolumbiya və 2 ABŞ vətəndaşı saxlanılıb. Əməliyyat zamanı üç kolumbiyalı öldürülüb, daha səkkizinin axtarışı isə davam edir.
Haiti polisinin keçirdiyi mətbuat konfransına saxlanılanlar gətirilib. Onlar əlləri qandallı halda döşəmədə oturublarmış. Mətbuata onlardan müsadirə olunduğu iddia edilən silahlar, Kolumbiya pasportları, ratsiyalar və başqa alətlər nümayiş etdirilib. Leon Şarl qeyd edib ki, polis hazırda cinayət təşkilatçılarını axtarır.
Haiti prezidentinin ölkə paytaxtı Port-o-Prensdəki iqamətgahına hücum iyulun 7-nə keçən gecə baş verib. Müşahidə kameralarında əks olunan görüntülərdə qara geyimli adamlar özlərini ABŞ-ın narkotiklərin dövriyyəsi ilə mübarizə Agentliyinin əməkdaşları kimi təqdim edirlər. Prezident Jovanel Moizin bədənində 12 güllə yarası aşkar edilib. Onun arvadı Martin Moiz də yaralanıb və müalicə üçün ABŞ-a aparılıb.
Prezidentin təhlükəsizlik xidmətinin rəhbərliyi sui-qəsd zamanı passivlikdə şübhəli bilinir. Xidmətin əməkdaşları da istintaqa cəlb olunublar.
Gazprom.ru
AFP
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?