Dünya

Haqqında cinayət işi açılan rusiyalı deputat: “Qorxu və nəsə demək arasında qalanda ikincisini seçirəm”

28 İyul, 2022
1034

meduza.io

Novosibirsk şəhər sovetinin deputatı Xelqa Piroqova iyulun ortalarında yazdığı tvitdə Ukraynada həlak olan Rusiya könüllülərini diriltmək və şillələmək istədiyini bildirmişdi. Tezliklə İstintaq komitəsi – qurumun rəhbəri Aleksandr Bastrıkinin birbaşa tapşırığı ilə - deputata qarşı “Rusiya ordusu barədə yalan məlumatlar yaymaq” ittihamı ilə cinayət işi qaldırdı. Bu maddəyə görə 1,5 milyon rubla qədər cərimə və ya üç ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Deputat məhkəməni gözləməmək və Rusiyadan getmək qərarına gəlib. O, öz başına gələnlər barədə “Meduza”-ya danışıb:

“Mer təşviqat kampaniyasına [2019] az qalarkən biz Sergey Boyko ilə tanış olduq. Həmin seçkilərdən sonra məlum oldu ki, ayrıca fərd çətin ki, şəhərdə nə isə qazana bilsin və mən 2020-ci il seçkiləri ilə [şəhər sovetinə] nə etmək barədə düşünənlərin kampaniyasına qoşuldum. Qərara gəldik ki, hansısa koalisiya lazımdır.

O zaman bu yalnız söz idi. Amma 2020-ci ildə [başda Boyko olmaqla müxalif] koalisiya yarandı. Mən qərargaha gedib soruşdum ki, nə edə, nə ilə kömək edə bilərəm. Mənə dedilər ki, namizəd olmaq çox gözəl kömək olardı. Mən də namizəd oldum, demək olar, iki günə bütün sənədləri topladım, seçki kampaniyası apardım və qalib gəldim.

Belə bir qısa uğur yolu. Bu arada, qərargaha gəlib necə kömək edə biləcəyimi soruşmağımla deputat vəsiqəsini almağım iki ay yarım çəkdi.

O vaxta qədər mən müxtəlif şirkətlərdə marketoloq, piarçı işləyirdim. Daha əvvəl – universitetdən dərhal sonra – işləmək üçün rayon administrasiyasına, meriyanın struktur şöbələrindən birinə getdim. Üç il orada işlədim, bütün sistemə daxildən bələdəm. Bələdiyyə hakimiyyətinin necə işlədiyini bilirəm.

https://toplum.tv/dunya/rusiyaya-muharibe-ne-ucun-lazimdir

Administrasiyada qalmaq bir neçə səbəbdən mümkün deyil. Universitetdən sonra sən gənc, həvəslisən, bir yığın ideyaların var və nəyi necə daha yaxşı etməyi bilirsən. Sənin möhtəşəm planların var, sistem isə elə qurulub ki, möhtəşəm planların kimsəyə lazım deyil. 1989-cu ildə edilənləri etməyə məhkumsan, amma kompüterdən istifadə etməklə.

İnsanlar ildən ilə eyni şeyi edirlər. Ümumiyyətlə, heç nə dəyişmir. Əgər birdən kimsə sənin təşəbbüsünə “gəl edək” desə, bu tezliklə baş tutmayacaq, çünki hər mərhələdə əngəllərlə üzləşəcəksən. Sənin nailiyyətlərin heç kimə lazım deyil, istənilən səhvinə görə isə işinlə üzülüşə bilərsən. Sistem belə çalışır. Ona görə hamı elə işləyir ki, təki bir şey baş verməsin. Yaxşısı oturmaq və üzərinə heç bir məsuliyyət götürməməkdir.

Bu, çox yorurdu. Getmək barədə fikirləşirdim. 2014-cü ildə isə Krım baş verdi. Dəqiq anladım ki, qala bilməyəcəyəm. Yeni iş tapana qədər bir az da işlədim. Sonra getdim.

Deputat olanda isə sən müstəqilsən, məmur deyilsən. Şərti olaraq, istədiyimi edə bilərəm. Hə, badalaq gələ bilərlər, amma daha çox imkanlarım, səlahiyyətlərim və azadlığım var. Bu, başqa səviyyədir.

Amma müstəqil deputat olmaq seçimimin cinayət işi ilə yekunlaşacağını ağlıma gətirmirdim.  Heç bir adam bunun belə qurtaracağını ağlına gətirmir. Mən son ana qədər ümid edirdim ki, bu, baş verməyəcək.

Rusiyadan getməyi planlaşdırmırdım. Məni ölkədən çıxaracaq yeganə amil cinayət işi ola bilərdi. Rusiyadan getmək istəmirdim. İndiyə qədər də istəmirəm və yumşaq desək, bununla barışa bilmirəm. Belə bir arzum yoxdur. Çoxları deyir: “Avropada yaşamaq əladır”. Amma unudurlar ki, bu “Avropada yaşamağın” arxasında məişət və emosional səviyyədə çox şey durur.

Mən həqiqətən də Rusiyanı sevirəm və istəyirəm ki, ölkədə rahat, komfortlu, xoşbəxt, tox və zəngin yaşamaq olsun.  Bir opponentim bu yaxınlarda mənə deyir: “Sən niyə anlamırsan ki, ruslar elə adamlardır yoxsulluqda, məhdudiyyətdə yaşamalıdırlar, çünki bu bizimkidir”. Bu, bizim kasıb Rusiyamızdır, biz pis yaşamalıyıq, biz başqa cür bacarmırıq. Mən bu müddəa ilə qəti razı deyiləm. Biz yaxşı yaşamağa layiqik, amma təəssüf ki, mənim düşüncələrimi hamı bölüşmür, cinayət işi də bunu sübut edir.

Cinayət işi barədə iyulun 22-də səhər, mənə çoxlu xəbərlər gələndə bildim. Ümumiyyətlə, həmin tviti iş açılmamışdan silmişdim. Düşündüm ki, həddən artıq emosionaldır və onu doğru anlamaya bilərlər. Doğru da anlamadılar.

Cinayət işi barədə eşidəndə çaşıb qaldım. Elə həmin gün, günün ikinci yarısında getmək barədə qərar qəbul etdim. Aydın oldu ki, mənim yaxamdan asanlıqla düşməyəcəklər. Onlara istənilən halda ibrətamiz cəza və ibrətamiz qurban lazımdır. Bunun zaman məsələsi olduğu məlum oldu, çox qısa zaman məsələsidir. Sərhədi keçdim və budur, Gürcüstandayam.

https://toplum.tv/sosial/cefer-penahi-iran-kinosunun-en-meshur-siyasi-mehbusu

İndi mən bir qədər istirahət etmək, istəyənlərin hamısına müsahibə vermək istəyirəm və sonra nə edəcəyim barədə qərar verəcəyəm.Bu suala hətta özüm üçün də konkret cavabım yoxdur. Hələlik yoxdur. Amma mən Novosibirskin deputatı olaraq qalıram, şəhərin problemləri ilə işləyəcəyəm. Orada köməkçilərim qalıb.

Öz cəsarətim barədə danışmaq çətindir. Sən sadəcə lazım bildiyini edirsən, ona görə ki, başqa cür bacarmırsan. Bu, yolu yaşıl işıqda keçmək kimi bir şeydir, çünki belə lazımdır və belə doğrudur. “Sən niyə yaşılda keçirsən?” sualı da yaranmır. Əhvalat belədir.

Ədalətsizlik görəndə susa bilmirəm. Qorxu var idi, amma qorxu ilə nə isə demək arasında mən ikinci seçirəm. Səmimi desəm, cinayət təqibi olacağına inanmırdım, hər halda dediklərimin dozasına fikir verirdim və cinayət təqibinə məruz qalacaq bir işim yox idi. “Müharibə” sözü belə olmayan tvitə görə cinayət işinin açılması, axı bu cəfəngiyyatdır. Hərçənd, olduğu halda da supercəfəngiyyatdır.

Mənim çevrəmdə bircə nəfər də müharibəni dəstəkləmir. Bu mənada inanılmaz şəkildə bəxtim gətirib ki, ətrafımda çox gözəl insanlar var. Amma, əlbəttə, dəstəkləyənlərlə də rastlaşmışam. Onlar mənim şəhər sovetindəki həmkarlarımdır.

Mən sessiyaya gələndə “Vahid Rusiya” partiyasının bütün fraksiyası Z hərfli maskalarda idilər. Onlar öz mövqelərini maksimal dərəcədə təsbit edirdilər.

Sən müharibəni dəstəkləyən adamlarla əlaqələrini mümkün olduğu qədər azaltmağa çalışırsan. Əgər bu mümkün deyilsə, müharibə ilə bağlı mövqeyini və işgüzar şəhər məsələlərini sadəcə ayırmalı olursan, çünki seçimin yoxdur: öz seçicilərin üçün, şəhər sakinləri üçün məsələləri həll etməlisən.

Amma başqa deputatlarla bir-birimizi inandırmırdıq. Bu yöndə, doğrusunu deyim, məna görmürəm. Seçicilər isə məktub yazırdılar, mövqeyimi bildirməyimi istəyirdilər. Dairəmin sakinlərinin əksəriyyətinin məni dəstəkləməsinə görə çox xoşbəxtəm. Dəstək sözləri daha çoxdur, nəinki mənə səs verdiklərinə görə məyus olduğunu yazanlar. Belələri də olub, gizlətməyəcəyəm, amma birincilər daha çoxdur.

Deputat mandatından məhrum edilməyim üçün bir neçə variant mövcuddur. Birincisi, məhkəmənin qərarı. İkincisi, gəlirlər haqqında deklarasiyada pozuntu. Üçüncüsü – ölüm. Əsas odur ki. axırıncı olmasın”. 

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Böyük Yeddilik ölkələri Qəzzada atəşkəsin uzadılmasını istəyir

Toplum TV
29 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

Böyük Yeddiliyə (G7) daxil olan ölkələrin xarici işlər nazirləri Qəzzada atəşkəsin uzadılmasını və bütün girovların dərhal azad edilməsini istəyib. Toplum TV BBC-yə istinadən xəbər verir ki, noyabrın 28-də Vaşinqtonda keçirilən görüşdə bununla bağlı birgə bəyanat qəbul edilib.  Sənədin qəbulundan əvvəl G7 ölkələrinin xarici işlər nazirləri İsrailin özünümüdafiə hüququnu tanıdıqlarını xüsusi qeyd ediblər. Həmçinin bəyanatda daimi atəşkəs çağırışı yoxdur. https://toplum.tv/dunya/pazerbaycan-israille-bagli-qetnamaye-qarsi-ccedilixibp “Biz yardım tədarükünü artırmaq və bütün girovların azad edilməsini təmin etmək üçün bu fasilənin daha da uzadılmasını və gələcək fasilələri dəstəkləyirik”, - sənəddə deyilir. Həmçinin vurğulanır ki, mülki əhaliyə ərzaq, su, yanacaq və dərman tədarükü də daxil olmaqla humanitar yardım göstərmək...
Dünya

Azərbaycan İsrailə qarşı qətnamayə səs verib

Toplum TV
29 Noyabr 2023

Un.org

BMT Baş Assambleyası İsraili Qolan Təpələrini tərk etməyə çağıran qətnamə qəbul edib. Toplum Tv "RIA Novosti"-yə istinadən xəbər verir ki,  BMT üzvləri sənəddə “İsrailin BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın müvafiq qətnamələrinə zidd olaraq 1967-ci ildən işğal altında olan Suriyanın Qolan Təpələrindən geri çəkilməməsindən dərin narahatlığını” bildiriblər.  https://toplum.tv/dunya/pelon-mask-anti-semitizm-ittihamlarindan-sonra-israile-sefer-edibp Azərbaycan daxil olmaqla 91 ölkə qətnaməni dəstəkləyib, 8 ölkə qətnamənin əleyhinə səs verib, 62 ölkə isə bitərəf qalıb. Qolan təpələri Yaxın Şərqdə mübahisəli ərazidir. Onun böyük hissəsi İsrailin, şərq hissəsi isə Suriyanın nəzarətindədir. İsrail Qolan təpələrini 1967-ci ildə 6 günlük müharibə zamanı ələ keçirib. Daha sonra, 1973-cü ildə Suriya təpələrə nəzarəti bərpa...

Seçilmiş Videolar

Toplum TV loqo