Ukraynada məktəblilər daha “Hərb və Sülh” kimi rus ordusunu “şöhrətləndirən” kitabları oxumayacaqlar.
"Meduza.io" xəbər verir ki, bu barədə Ukrayna təhsil nazirinin müavini Andrey Vitrenko açıqlama verib. Onun sözlərinə görə, Ukraynada rus ordusunu “şöhrətləndirən” bütün əsərlər xarici ədəbiyyat proqramından çıxarılacaq.
Vitrenko nümunə kimi Lev Tolstoyun “Hərb və Sülh” romanını göstərib. Hazırda bu əsəri Ukrayna Təhsil Nazirliyinin saytında 10-11-ci siniflər üçün xarici ədəbiyyat proqramında sinifdənkənar oxumaq üçün kitab siyahısında tapmaq olar. Siyahıda Tolstoyun daha iki əsəri də var - "Anna Karenina" və "Hacı Murad".
Məktəb kurikulumunda digər rus müəlliflərinin öyrənilməsi perspektivləri barədə suala Vitrenko cavab verib ki, hazırda bu mövzu ilə bağlı peşəkar işçi qruplarında müzakirələr aparılır.
Ukraynanın təhsil naziri Serhiy Şkarlet aprel ayında Rusiyanın Ukraynaya təcavüzündən sonra xarici ədəbiyyat üzrə məktəb kurrikulumuna yenidən baxılacağı barədə açıqlama vermişdi.
Açıq mənbələrdən götürülüb
ZDF
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?