Hindistanda pandemik vəziyyət kritik həddədir: bir gündə 350 mindən çox yoluxma
Reuters
Hindistanda aprelin 25-də koronavirusa 352 991 yoluxma faktı aşkarlanıb. Ölkədə artıq dördüncü gündür ki, yoluxmalarda rekord qeydə alınır.
"Reuters"in verdiyi xəbərə görə, ölkədə virus infeksiyasına yoluxanların ümumi sayı 17 313 163 nəfərə çatıb.
Məlumata görə, xəstəxanalar oksigenə ehtiyacı olan xəstələri qəbul edə bilmirlər. Məzarlıqlar, krematoriumlar dolub.
Ölkədə pandemik vəziyyətin hədsiz pisləşməsindən sonra Britaniya, Birləşmiş Ştatlar və Almaniya Hindistana yardım etməyə, tibbi avadanlıqlar göndərməyə boyun olublar.
"Birləşmiş Ştatlar Hindistana COVID-19 vaksinləri hazırlamaq üçün zəruri materialları, test komplektləri, şəxsi qoruyucu ləvazimat göndərəcək", - bunu prezident Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Salivan deyib.
“Pandemiyanın erkən dönəmində Hindistan Birləşmiş Ştatlara yardım göndərdiyi kimi ABŞ da ehtiyacı olduğu vaxtda Hindistana kömək etməyə hazırdır”, – deyə o qeyd edib.
Hindistanda son sutka ərzində həyatını itirən koronavirus xəstələrinin sayı 2 812 nəfər olub. Ölkədə indiyədək 195 123 nəfər COVID-19 xəstəliyi səbəbindən vəfat edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Reuters