Dünya

Hrant Dinkin ailəsinə kompensasiya ödəniləcək

11 Oktyabr, 2021
88

Hurriyet.com.tr

Türkiyənin Daxili İşlər Nazirliyi İstanbul məhkəməsinin öldürülən erməni jurnalistin ailəsinə kompensasiya ödənilməsi barədə qərarına yenidən baxılmasını tələb etmişdi.
 
Türkiyə mətbuatının oktyabrın 11-də verdiyi xəbərə görə, Türkiyəni Ali İnzibati Məhkəməsi (Danıştay) İstanbulun 6-cı administrasiya məhkəməsinin "Aqos" qəzetinin sui-qəsd nəticəsində öldürülən baş redaktoru Hrant Dinkin ailəsinə kompensasiyanın ödənilməsi barədə qərarını təsdiq edib.
 
Qərara əsasən, 2007-ci ildə sui-qəsd nəticəsində öldürülən Hrant Dinkin ailəsi 1,5 milyon lirə (təxminən 167 min dollar) həcmində kompensasiya alacaq.
 
Bununla Ali Administrasiya Məhkəməsi DİN-in şikayətini rədd edib və DİN-in erməni jurnalistin ölümündə ciddi xətalar buraxdığını və qətlin istintaqına görə məsuliyyət daşıdığını bildirən Dink ailəsi lehinə qərar çıxarıb.
 
Bundan əvvəl Dink ailəsi İstanbulun 6-cı administrasiya məhkəməsində Türkiyə DİN-i əleyhinə iddia qaldırmışdı. Ailə maddi və mənəzi ziyana görə, 1,5 milyon lirə həcmində təzminat tələb edirdi. İstanbul məhkəməsi iddianı təmin etmiş, DİN isə qərardan şikayət vermişdi.
 
Hrant Dink 2007-ci ildə 17 yaşlı gənc Ogün Samast tərəfindən ofisi yaxınlığında öldürülüb. Samast 2011-ci ildə 22 il 10 aylığına həbs cəzasına məhkum edilib.

Dünya

Azərbaycanda 9 məktəb distant təhsilə keçdi

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

9 məktəb, 344 sinif koronavirusa görə distant təhsilə keçib. Bu barədə oktyabrın 19-da Təhsil Nazirliyindən məlumat verilib.  Bildirilib ki, ölkənin ümumtəhsil məktəblərində 90 minə yaxın sinif var. Onlardan cəmi 344-ü (0,3 faizi) distant təhsilə keçib.
Dünya

Rusiya Ermənistana 1 milyard dollarlıq investisiya yatıracaq

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Rusiya yaxın vaxtlarda Ermənistan iqtisadiyyatına 1 milyard dollarlıq investisiya yatıra bilər.  TASS-ın məlumatına görə, bu barədə Rusiya iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç açıqlama verib.  Nazir müavininin sözlərinə görə, bu investisiya Rusiya və Ermənistan arasında iqtisadi, sosial və mədəni əlaqələrə çox ciddi töhfələr verəcək. Yeni iş yerlərinin açılmasına və infrastrukturun inkişafına gətirib çıxaracaq.  Statistikalara əsasən, Ermənistan Respublikasına yatırılan xarici investisiyanın 40%-i Rusiya Federasiyasının payına düşür. 
Seçilmiş Videolar