Dünya

“Human Rights Watch”: Rusiya ordusu Ukraynada hərbi cinayətlər törədib

18 May, 2022
454

Reuters

2022-ci ilin fevral ayının sonundan mart ayına kimi Rusiya həbçiləri Ukraynanın Kiyev və Çerniqov vilayətlərində mülki şəxsləri məhkəməsiz edamlara, işgəncələrə və digər açıq-aşkar müharibə cinayətlərinə məruz qoyub.

Bu barədə “Human Rights Watch” hüquq müdafiə təşkilatının hesabatında deyilir.

Təşkilatın nümayəndələri aprel ayında 17 kənd və kiçik şəhərlərdə olublar.

"Müharibənin əvvəlində Rusiya qüvvələrinin Ukraynanın şimal-şərqindəki işğal olunmuş ərazilərdə törətdiyi çoxsaylı vəhşiliklər xüsusi qəddarlığı ilə seçilir. Mülki əhaliyə qarşı törədilən bu əməllər aşkar müharibə cinayətləridir və tez, qərəzsiz araşdırılmalıdır", - təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Georgi Qoqiya bildirib.

Hesabatda qeyd olunub ki, bir çox mülki şəxs rus hərbçilərinin onları günlərlə, hətta həftələrlə çirkli, havasız otaqlarda – məktəb zirzəmisində, fabrikdə, qazanxanada – demək olar ki, yeməksiz, susuz, tualetsiz saxladıqlarını deyib: “Məsələn, Yaqodnoye kəndində rus hərbçiləri 350-dən çox yerli sakini 28 gün məktəbin zirzəmisində saxlayıb. Onlardan beşi körpə olmaqla azı 70-i uşaq olub. Təsəvvür edin ki, bu müddətdə heç kəs çölə buraxılmayıb. Otaqda nəfəs almağa heç nə, heç yatmağa boş yer də olmayıb. İnsanlar vedrələrdə rahatlıq tapmalı idilər”.

Rusiya ordusunun Ukrayna ərazisindəki davranışları Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən araşdırılır. Məhkəmənin baş prokuroru Kərim Xan bildirib ki, o, mümkün hərbi cinayətləri araşdırmaq üçün 42 müstəntiq, səhiyyə ekspertləri və digər mütəxəssislərdən ibarət qrup göndərib. Bu, qurum 2003-cü ildə fəaliyyətə başlayandan bəri ən böyük istintaq qrupudur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo