West Asia News Agency
İran dövlətinə qarşı ən kiçik addım atılsa, İran silahlı qüvvələri İsrailin ürəyini hədəf alacaq.
“Reuters” yazır ki, bunu aprelin 18-də İran Prezidenti İbrahim Rəisi silahlı qüvvələrin illik paradında deyib.
O, İranın İsrailin hərəkətlərini “yaxından” izlədiyini sözlərinə əlavə edib.
Yaxın Şərqdə yeganə atom arsenalına sahib olduğu deyilən İsrail, İranın heç bir nüvə sazişinə bağlı olmayacağını və nəticədə İranın nüvə obyektlərinə qarşı birtərəfli addım ata biləcəyini deyir.
“Bizim strategiyamız hücum deyil, müdafiədir” - deyən Raisi əlavə edib ki, “İran ordusu özünü gücləndirmək üçün sanksiyalar fürsətindən çox yaxşı istifadə edib və hərbi sənayemiz indi ən yaxşı vəziyyətdədir”.
Tehran 1979-cu il İslam İnqilabından bəri İsraili tanımayıb, o, "Həmas" və "Hizbullah" kimi anti-İsrail silahlı qruplaşmalarını dəstəkləyir.
Tehran İsraili nüvə obyektlərinə sabotajda, nüvə alimlərinin qətlində ittiham edir.
İsrail İranın dünya gücləri ilə nüvə sazişinə qarşı çıxır, bu sazişin İranın nüvə proqramını, regionda hərbi fəaliyyətini yetərincə məhdudlaşdırmadığını deyir. İsrail bildirir ki, heç bir saziş ona məhdudiyyət qoya bilməz, İranın nüvə obyektlərinə qarşı təkbaşına addım ata bilər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Yaxın Şərqdə müharibə: ABŞ atəşkəs başa çatdıqdan sonra İsrail üçün qırmızı xətlər çəkib
Açıq mənbələrdən götürülüb
Reuters
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?