Dünya

İlk dəfə insana heyvan ürəyi köçürüldü

11 Yanvar, 2022
98

medschool.umaryland.edu

ABŞ-ın Merilend universitetinin tibb mərkəzinin həkimləri genetik modifikasiya olunmuş donuz ürəyini ilk dəfə uğurla insana köçürüblər. 

"Reuters" bu barədə universitetin saytına istinadən xəbər verir.

57 yaşlı pasiyent Devid Bennet sağalmaz ürək xəstəliyindən əziyyət çəkirmiş. O, ABŞ-ın bir neçə aparıcı transplantasiya mərkəzində əməliyyatla bağlı imtina ilə üzləşib,eksperimental əməliyyat isə onun yaşaması üçün son şans olub.

Universitetin yaydığı məlumatda əməliyyatdan üç gün sonra da xəstənin özünü normal hiss etdiyi bildirilir. O, bir neçə həftəni həkimlərin ciddi müşahidəsi altında keçirəcək. 

Həkimlər nikbin əhvaldadırlar və hesab edirlər ki, belə əməliyyatlar gələcəkdə donor orqanların çatışmazlığı problemini həll etməyə imkan verəcək. Onların sözlərinə görə, analoji əməliyyat genetik modifikasiya olunmuş ürəyin insan ürəyi kimi fəaliyyət göstərə biləcəyini sübut edir. 

İyulun 21-də Amerika cərrahları ilk dəfə süni ürək köçürməsini həyata keçirmişdilər. Həmin ürək orijinalda olduğu kimi iki mədəcik kamerasına və dörd klapana malikdir və xarici cihazdan qidalanır. Mexanizm bioloji cəhətdən uyğun materiallardan hazırlanıb. Ürək döyünməsini və bütün bədəndə qan dövriyyəsini dəstəkləmək üçün ötürücülər və alqoritmlər kombinasiyasından istifadə olunub.

Dünya

NATO Rusiyaya yazılı təhlükəsizlik təkliflərini verdi

27 Yanvar 2022

Rəsmi səhifə

NATO çərşənbə günü Rusiya tərəfinə özünün təhlükəsizlik təkliflərini təqdim edib.  "İnterfaks" bildirir ki, bu barədə təşkilatın Baş katibi Yens Stoltenberq məlumat verib. “Bu gün NATO Rusiyaya yazılı təhlükəsizlik təkliflərini təqdim edib. Biz bunu Birləşmiş Ştatlarla paralel etmişik”, - o,dünən  Brüsseldə jurnalistlərə bildirib. Daha əvvəl xəbər verilirdi ki, ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiyanın təhlükəsizlik təminatları ilə bağlı təkliflərinə Vaşinqtonun yazılı cavabını təqdim edib. Stoltenberq Şimali Atlantika alyansının cavabının Ukraynanı və onun ətrafındakı vəziyyəti əhatə etdiyini bildirib və Rusiyanı gərginliyi azaltmağa çağırıb.  “Rusiya Ukrayna, Gürcüstan və Moldovada bu ölkələrin razılığı olmadan yerləşdirdiyi qüvvələri çıxarmalıdır”, - NATO Baş katibi söyləyib. Stoltenberq Ukrayna...
Dünya

Qərb-Rusiya qarşıdurması - Putin Ukraynaya qarşı hücuma keçəcəkmi?

Məzahir Abdurahmanov
27 Yanvar 2022

Açıq mənbələrdən götürülüb

"Putin daha çox blef etməklə, ictimai rəyi çaşdırmaqla, hədə-qorxu gəlməklə  məşğuldur. Rusiyanın müharibəyə başlayacağına inanmıram". Bu sözləri siyasi şərhçi Anar Məmmədli Rusiya ilə Ukrayna arasında müharibənin başlayacağı iddialarını "Toplum TV"-yə şərh edərkən deyib. Rusiya və Ukrayna arasında müharibənin başlaması ehtimalı artır. ABŞ başda olmaqla bir çox Qərb ölkələrinin liderləri, həmçinin NATO rəhbərliyi Rusiya qoşunlarının istənilən an Ukraynaya daxil ola biləcəyi barədə açıqlamalar veriblər. Bəzi dövlətlər Kiyevdəki səfirlik əməkdaşlarının və diplomatların təxliyyəsinə belə start veriblər. Ukrayna Prezidenti Volodimir Zelenski isə mətbuata açıqlamasında bildirib ki, ölkədə və onun ətrafında mövcud vəziyyət nəzarət altındadır, təlaşa səbəb yoxdur: "Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası...
Seçilmiş Videolar