AP
Rusiya-Ukrayna müharibəsinin fonunda "Starlink" peyk şəbəkəsi rusiyalı hakerlərin çoxsaylı kiberhücumlarına məruz qalır. Bu barədə şirkətin qurucusu İlon Mask danışıb. O, Rusiya təcavüzünün lap başlanğıcında "Viasat" peyk şirkətinə hücumu şərh edib.
"Viasat" sisteminin komplektləri, çox güman ki, ABŞ tərəfindən Ukraynaya verilir. İlon Mask özü də peyk interneti üçün Kiyevə avadanlıqlar verilməsində iştirak edir. Ukrayna ordusu bu rabitə növündən ucqar yerlərdə kommunikasiya üçün geniş istifadə edir.
KİV məlumatlarına görə, hakerlər peykin özünə deyil, "Viasat"ın yerüstü infrastrukturuna hücum ediblər. Nəticədə həm Ukraynada, həm də AB ölkələrində minlərlə adam internetsiz qalıb. Almaniyanın bəzi yerlərində xidmət təminatçıları interneti bərpa etmək üçün hələ də zərər görmüş modemləri dəyişməklə və proqram təminatını yeniləməklə məşğuldurlar.
ABŞ və Avropanın xüsusi xidmət orqanları hücumu araşdırırlar. “Forbes”in araşdırması hücumun arxasında həqiqətən Rusiyanın dura biləcəyini göstərir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb