İlon Mask: Starlink internet şəbəkəsi bütün qitələrdə fəaliyyətə başladı
Global Village Space
“Starlink” peyk internet şəbəkəsi Antarktida da daxil olmaqla Yer kürəsinin bütün qitələrində fəaliyyətə başlayıb.
Bu barədə "SpaceX" şirkətinin rəhbəri İlon Mask "Tvitter"də məlumat verib.
Sentyabrın 18-də "SpaceX" Floridadan orbitə daha 54 "Starlink" peyki çıxarıb.
https://toplum.tv/dunya/bayden-covid-19-pandemiyasinin-basa-catdigini-elan-etdi
2019-cu ildən bəri şirkət "Starlink" şəbəkəsini yerləşdirmək üçün kosmosa artıq üç mindən çox peyk buraxıb. Ümumilikdə "SpaceX" Yer orbitinə 42 000 peyk göndərməyi planlaşdırır.
“Starlink” proqramı çərçivəsində şirkət 5G standartına uyğun gələn saniyədə 1 giqabit trafik sürəti ilə dünyanın istənilən nöqtəsində genişzolaqlı internetə çıxışı təmin etmək niyyətindədir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Forbes
Açıq mənbələrdən götürülüb