Dünya

İnkişaf etməkdə olan ölkələrdə qızların təhsili üçün 15 milyard dollar ayrılacaq

3 May, 2021
90

Açıq mənbələrdən götürülüb

Böyük yeddilik ölkələri (G-7) inkişaf etməkdə olan ölkələrdə qadınların məktəb təhsilini dəstəkləmək üçün yaxın iki il ərzində 15 milyard dollar ayırmağı planlaşdırır.

"The Guardian"-ın məlumatına görə, bu barədə mayın 3-də Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Yedilik” ümid edir ki, ayrılan vəsaitlər sayəsində gəlirlərin aşağı səviyyədə olduğu ölkələrdə 2026-cı ildə 40 milyon qız məktəbə getmək imkanı qazanacaq, 20 milyon qız isə 10 yaşına qədər oxumağı öyrənəcək. 

“Qızların təhsilinə investisiya ən uzaqgörən sərmayə qoyuluşlarından biridir, çünki insanların yoxsulluqdan çıxarılmasına xidmət edir, iqtisadiyyatın inkişafına töhfə verir, həyat qurtarır və koronovirusun fəsadlarını adlamağa kömək edir. Anası oxumağı bacaran körpələr anası savadsız olan körpələrlə müqayisədə 50% daha çox 5 yaşa çatırlar, eləcə də 50% çox peyvənd olunurlar”, - Britaniya XİN-in açıqlamasında bildirilib. 

Sözügedən sənəd G-7 ölkələrinin xarici işlər nazirlərinin son iki ildə ilk canlı görüşü ərəfəsində yayılıb. Mayın 3-5-də Londonda keçiriləcək görüşə Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və Yaponiyanın xarici işlər nazirlərindən əlavə, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Josep Borrel, Cənub-Şərqi Asiyanın dövlətlər assosiasiyasının Baş katibi Lim Cok Xoy, eləcə də Avstraliya, Hindistan, Cənubi Koreya və CAR nümayəndələri dəvət olunublar.
 
Birləşmiş Krallığın xarici siyasət idarəsinin daha əvvəlki açıqlamasında bildirilirdi ki, görüşdə tərəflər koronavirusa qarşı peyvəndin bütün dünyada ədalətli bölünməsini, iqlim müdafiəsi üçün qlobal fəaliyyətlərin razılaşdırılmasını və aclıqla mübarizə istiqamətində yeni metodların hazırlanmasını müzakirə edəcəklər.

Dünya

BMT Təhlükəsizlik Şurası Qüds məsələsində razılığa gələ bilmir

17 May 2021

Sosial Media

BMT Təhlükəsizlik Şurası İsrail və Fələstin arasında münaqişənin kəskinləşməsi barədə bəyanatını üçüncü dəfə razılaşdıra bilməyib.  Bu barədə mayın 17-də “The Times of Israel” diplomatik mənbələrinə istinadən xəbər verib. Bildirilir ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin vahid nəticəyə gəlməməsinə səbəb ABŞ-ın mövqeyi olub. Diplomatların sözlərinə görə, Birləşmiş Ştatların təmsilçiləri özlərinin “diplomatik səyləri üçün bir qədər vaxt” istəyiblər.  Məlumata görə, məsələ ətrafında danışıqlar hələ davam edir. Fələstinə bağlı təşkilatlar mayın 10-dan başlayaraq İsraili güclü raket atəşinə tuturlar. İsrail ordusu buna cavab olaraq ehtiyatda olan beş min hərbçisini səfərbər edib və “Divar keşikçiləri” adlı əməliyyat keçirib.  Mayın 16-na olan məlumata görə, Fələstin-İsrail münaqişəsi qızışandan...
Dünya

Gürcüstan daxili işlər naziri böhranı həll etmək üçün Dmanisiyə yollandı

17 May 2021

Sputnik

Gürcüstan daxili işlər naziri Vaxtanq Qomelauri azərbaycanlılarla svanlar arasında qarşıdurmanın baş verdiyi Dmanisi şəhərinə gəlib. Bu barədə mayın 18-də "Sputnik Gürcüstan" məlumat verib.  Məsələ ilə əlaqədar açıqlama verən Qomelauri bildirib ki, vəziyyət gözlənilmədən nəzarətdən çıxıb, ona görə də polisin səyləri nəticə verməyib.  "İnsanlar çox tez toplandılar və qısa zamanda xaotik vəziyyət yarandı. Bölgəyə əlavə qüvvələr cəlb edilmişdi, amma bu da kifayət etmədi. Təəssüf ki, bu qədər böyük kütlə idarə oluna bilmədi və Dmanisiyə əlavə qüvvələr göndərildi. Ona görə də insanları və bu qarşıdurmanı vaxtında dayandırmaq mümkün olmadı. Etnik azərbaycanlılar bizim vətəndaşlarımızdır, Azərbaycan strateji tərəfdaşımız, qonşumuz, müttəfiqimiz, dostumuzdur. Bunun etnik bir...
Seçilmiş Videolar