Dünya

"İnterpol"un prezidenti işgəncədə şübhəli bilinir

11 May, 2022
1035

Iinterpol-sosial media

"İnterpol"un prezidenti, BƏƏ-dən olan general-mayor Əhməd Naser əl-Raisiyə qarşı “işgəncələrdə iştirak etmək” şübhəsi ilə məhkəmə istintaqı başlayıb.

Bu barədə mayın 11-də Fransanın “BFMTV"  telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, məhkəmə istintaqı bu il martında Parisdə iki britaniyalının “işgəncələrdə iştirak etmək” faktı ilə bağlı "İnterpol" prezidentindən şikayət etməsindən sonra başlayıb.

Milli Terrorla Mübarizə Prokurorluğu Parisdəki istintaq hakiminə araşdırma aparılmasına dair göstəriş verildiyini təsdiqləyib. Şikayətlərdə 2018 və 2019-cu illərdə baş vermiş “işgəncə” və “əsassız həbs” iddiaları yer alır.

Bundan əvvəl də "İnterpol"un prezidentindən Körfəz Ölkələri İnsan Haqları Mərkəzi şikayət edib. Hüquq müdafiəçiləri hesab edirlər ki, əl-Raisi Əmirliyin Daxili İşlər Nazirliyinin rəhbər şəxslərindən biri olarkən müxalifət lideri Əhməd Mənsurun işgəncələrində “iştirak edib”. Bu barədə şikayət yanvarda Fransanın anti-terror prokurorluğuna verilib.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Rusiya XİN: Moskva Paşinyana cavab hazırlayır

Toplum TV
25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Rəsmi Moskvanın yaxın vaxtlarda Ermənistan rəhbərliyinin son bəyanatları ilə bağlı müvafiq açıqlama verəcəyi gözlənilir. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 25-i Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya-24” telekanalına müsahibəsində bildirib. Zaxarova Yerevanın rəsmi açıqlamalarını ikitərəfli münasibətlərin inkişafına zidd olduğunu qeyd edib. “Deyə bilərəm ki, Moskva Ermənistanın baş naziri və Yerevanın digər rəsmi nümayəndələri tərəfindən verilmiş reallığa uyğun gəlməyən bir sıra bəyanatlara diqqət edib və bu, ilk növbədə, ikitərəfli münasibətlərin inkişafına ziddir. Buna müfəssəl cavab yaxın gələcəkdə veriləcək, bir neçə dəqiqə ərzində Rusiya Xarici İşlər Nazirliyinin müvafiq bəyanatı dərc olunacaq”, - Kreml rəsmisi vurğulayıb. https://toplum.tv/dunya/pabs-in-yuumlksekccedilinli-resmileri-yerevana-gelibp Xatırladaq ki,...
Dünya

ABŞ-nin yüksəkçinli rəsmiləri Yerevana gəlib

Toplum TV
25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

USAİD-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) direktoru Samanta Pauer və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kim Ermənistana səfər ediblər. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 25-i ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb. Səfirlik açıqlamasında, bu səfərin ABŞ-nin Ermənistanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə, demokratiyasına dəstəyini bir daha təsdiqlədiyinin ifadəsi olduğunu bəyan edib. Səfər   Vaşinqton rəsmilərinin gəlişi, həmçinin erməni sakinlərin Qarabağda son hərbi əməliyyatlar zamanı yaranmış humanitar ehtiyaclarının həll olunması üçün olduğu diqqətə çatdırlıb. https://toplum.tv/siyaset/pkreml-qarabagin-kime-malik-olmasi-meselesi-hell-olundup Səfirlik rəsmi Vaşinqtonun Qarabağdakı humanitar vəziyyətlə bağlı hesabatlardan dərin narahat olduğunu və Qarabağa beynəlxalq humanitar təşkilatlarının, habelə kommersiya...

Seçilmiş Videolar

Toplum TV loqo