Dünya

İran ərazisində vurulan təyyarəyə görə kompensasiya ödəməyəcək

25 Noyabr, 2021
169

Açıq mənbələrdən götürülüb

Böyük Britaniya, Kanada, İsveç və Ukrayna İranın Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boinq" təyyarəsinin vurulmasına görə kompensasiya ödəməkdən imtinasını qınayıblar. 

TASS xəbər verir ki, dörd ölkə məsələ ilə bağlı birgə bəyanatla çıxış edib. 

PS752 marşrutu ilə uçan və İran tərəfindən vurulan təyyarənin göyərtəsində bu dörd dövlətin vətəndaşları olub. Bəyanatda Tehranın reparasiyaların müzakirəsi üçün noyabrın 22-də görüşməkdən imtinasına görə dərin məyusluq ifadə olunur: “Biz İran İslam Respublikasına xatırladırıq ki, o, beynəlxalq hüquqa görə tam həcmdə reparasiyalar ödəməlidir. Biz İranı bu ilin sonuna qədər xoşməram ruhunda danışıqlara başlamağa çağırırıq”.

Əgər İran kompensasiyalardan yayınarsa, Böyük Britaniya, Kanada, İsveç və Ukrayna İranın beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb olunması üçün addmlar atacaqlar. 

Kanadanın Ontario vilayətinin məhkəməsi daha əvvəl İranın "Boinq-737" təyyarəsini vurmaqla qəsdən terror aktı törətməsi qənaətinə gəlib. Sənəddə deyilir ki, İslam İnqilabı Keşikçiləri Korpusu təyyarənin mülki statusu haqqında xəbərdar olduqları halda “onu bilərəkdən məhv etmək üçün atəş açıblar”.

Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boinq-737-800" təyyarəsi 2020-ci il yanvarın 8-də Tehran hava limanından qalxdıqdan sonra qəzaya uğrayıb. İranın ehtimalına görə, qəzaya səbəb HHM sistem operatorunun səhvi olub. Təyyarə düşmən hədəf kimi identifikasiya olunub, bundan sonra ona raketlərlə atəş açılıb.

Dünya

Avropa Birliyi Belarusa qarşı sanksiyaları təsdiq etdi

2 Dekabr 2021

Rəsmi səhifə

Avropa Birliyinə üzv-ölkələrin daimi nümayəndələri komitəsinin (COREPER) iclasında Lukaşenko rejiminə qarşı sanksiyaların beşinci paketi razılaşdırılıb. Bu barədə "RİA Novosti" xəbər verir.  Qərara əsasən, yeni məhdudiyyətlər imzalanandan və ictimailəşəndən sonra qüvvəyə minəcək. Sanksiyaların AB-nin rəsmi jurnalında bu gün, dekabrın 2-də dərc olunacağı gözlənilir. Yeni sanksiya siyahısına Belarusun 17 rəsmi şəxsi və 11 təşkilatı daxil edilib. Daha əvvəl məlum olmuşdu ki, yeni sanksiyalar AB sərhədlərində miqrasiya böhranını təşkil edən və ya ona yardım edən fiziki və hüquqi şəxslərə, dövlət orqanlarına tətbiq ediləcək. Artıq məlumdur ki, Dövlət Sərhəd Xidmətinin sədri Anatoli Lapko, Qrodno sərhəd dəstəsinin rəisi Konstantin Molostov, DİN-in rəsmi nümayəndəsi Anatoli Qlaz...
Dünya

Belarusda növbədənkənar prezident seçkiləri keçirilə bilər

2 Dekabr 2021

Spiegel

Belarus prezidenti Aleksandr Lukaşenko Belarusun yeni konstitusiyasının qəbulundan sonra növbədənkənar prezident seçkiləri ehtimalını dəyərləndirib.  O, bu barədə “RİA Novosti”yə müsahibəsində danışıb. Lukaşenko bildirib ki, Belarus konstitusiyasına dəyişikliklər haqqında referendumdan sonra parlament və Ümumbelarus məclisinə yeni seçkilər keçiriləcək. Bu zaman o, növbədənkənar prezident seçkilərinin keçiriləcəyini də istisna etməyib. Dövlət başçısı deyib ki, seçkilər əgər “prezident qərar verərsə”, ya da əsas qanununun keçici müddəalarında Belarus prezidentinin seçilməsi üçün başqa müddətlər göstərilərsə, keçirilə bilər. Lukaşenko yeni konstitusiyanın qəbulunun əhəmiyyətini daha əvvəl izah edib. O, bildirib ki, dəyişikliklərin mahiyyəti səlahiyyətlərin bölüşdürülməsi və yeni hakimiyyət strukturunun yaradılmasıdır. Dəyişikliklər qəbul edilərsə, parlament və hökumətin rolu artacaq,...
Seçilmiş Videolar