7 saat öncə The Times of Israel
Salman Rüşdiyə edilən hücumda yalnız onun özü, eləcə də onu dəstəkləyənlər günahkardır.
Bu sözləri İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani Çafi deyib.
"Sui-qəsd hadisəsində biz Rüşdi və tərəfdarlarından başqa heç kimi günahkar və ya təqsirli hesab etmirik", - deyə XİN sözçüsü bildirib.
Diplomat sui-qəsd məsələsində İranı ittiham edənlərə reaksiya verib. Onun sözlərinə görə, “heç kimin İranı ittiham etməyə haqqı yoxdur”.
Bundan əvvəl Böyük Britaniyanın baş naziri vəzifəsinə namizəd Rişi Sunak hökumətə İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları sırasına daxil etməyi təklif etmiş və Rüşdiyə hücumdan sonra İrana qarşı sanksiyalar tətbiq etməyə çağırmışdı. O, yeni, gücləndirilmiş nüvə sazişi və daha sərt sanksiyaların zərurətindən danışmış və vurğulamışdı ki, nəticə olmadığı halda, Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) dalana dirənəcək.
https://toplum.tv/dunya/salman-rusdi-ozune-gelib-danisa-bilir
Salman Rüşdiyə hücum avqustun 12-də baş verib. Yazıçı xəstəxanaya aparılıb və süni nəfəs aparatına qoşulub. Bir müddət sonra Rüşdini aparatdan ayırıblar, indi o, danışa bilir.
Hindistan əsilli Salman Rüşdi Böyük Britaniya və ABŞ-da yaşayır. 1989-cu ildə "Şeytan ayələri" kitabının çıxmasından sonra o, dünya şöhrəti qazanıb. Bir çox müsəlman kitabı küfr adlandırıb, iranlı Ayətullah Xomeyni isə fətva verərək yazıçının qətl etməyin xeyirxah iş olacağını bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb