Dünya

İran və Ukrayna arasında dron mövzusunda görüş olacaq

22 Noyabr, 2022
269

Açıq mənbələrdən götürülüb

İran dronları

İran Ukrayna ilə Rusiyaya dronların tədarükü mövzusunda görüş təşkil edib.

Toplum TV xəbər verir ki, bu barədə noyabrın 22-də İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb. 

Bildirilir ki, Tehrandan Moskvaya dronların tədarükü ilə bağlı xəbərlərin dərcindən sonra İran tərəfi bu məsələni müzakirə etmək və “anlaşılmazlıqlardan qurtulmaq” üçün ukraynalı ekspertlərlə görüş keçirməyi qərara alıb.

https://toplum.tv/dunya/nato-rusiyani-terrorcu-dovlet-kimi-tanimaga-cagirir

İran hökumətinin nümayəndələri hesab edirlər ki, Ukrayna ilə birgə fəaliyyətdən sonra Rusiyaya pilotsuz təyyarələrin tədarükü ilə bağlı suallar aradan qalxacaq. Tehran öz növbəsində xatırladıb ki, “Ukraynadakı böhranın əvvəlindən İran İslam Respublikası aydın, ardıcıl və sarsılmaz mövqe tutub və vurğulayıb ki,  Birləşmiş Millətlər Təşkilatının bütün üzv dövlətləri onun Nizamnaməsində təsbit olunmuş məqsəd və prinsiplərə birmənalı hörmət etməlidirlər".

Eyni zamanda, Tehranın nə Kiyevə, nə də Moskvaya birbaşa dəstək ifadə etmədiyi qeyd olunub.

Ukrayna və Qərb mətbuatı yazır ki, İran hazırda Ukraynadakı hərbi əməliyyatlar üçün Rusiyaya dronlar verir. Moskva bunu inkar edir. İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahiyan öz növbəsində bildirib ki, çatdırılma olub, lakin bu, Ukraynada müharibənin başlamasına bir neçə ay qalmış baş verib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo