BBC
İranda bir gündə 3 qadın, keçən həftə isə ümumilkdə 32 adam edam edilib.
Bu barədə iyulun 29-da İran İnsan Haqları Təşkilatı məlumat verib.
Edam edilənlər arasında 15 yaşından evli olan uşaq gəlin Soheila Abadi də var.
Abadi 10 ildir evli olduğu həyat yoldaşını “ailə münaqişəsi” zəminində öldürməkdə təqsirli bilinib.
https://toplum.tv/sosial/cefer-penahi-iran-kinosunun-en-meshur-siyasi-mehbusu
Beynəlxalq Amnistiya Təşkilatının məlumatına görə, 2022-ci ilin ilk 6 ayında İranda 250-dən çox insan edam edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.
Edama məhkum edilən qadınların əksəriyyəti həyat yoldaşını öldürənlərdir.
İranın yerli fəalları “məişət zorakılığı” ilə bağlı ittihamlara hökumətin çox vaxt məhəl qoymadığını bildirirlər.
Eyni zamanda bu ölkədə edamla bağlı dəqiq statistika yoxdur. Bunun səbəbi İran hakimiyyətinin edam cəzaları ilə bağlı rəsmi statistikanı açıqlamaması ilə izah olunur.
İran İnsan Haqları Təşkilatı və Ölüm Cəzasına Qarşı Birliyin (ECPM) apreldə dərc etdiyi araşdırmaya görə, ötən il dünyadakı edam cəzalarının 16,5 faizi bu ölkəyə aiddir.
Statistikada edam edilənlərin sayında etnik azlıqların daha çox olması da diqqət çəkir.
Məsələn, bu il İranda bu cəzanı alanların dörddə birindən çoxu bəlucların payına düşür. Bəluclar ölkə əhalisinin 5%-ni təşkil edir.
Açıq mənbələrdən götürülüb
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir