Dünya

İranda etiraz aksiyaları davam edir, öldürülənlər var

21 İyul, 2021
54

Sosial Media

İranın Xuzistan əyalətində su təchizatının dayandırılmasına qarşı qarşı etiraz aksiyalarının altıncı günündə ölüm hadisəsi baş verib.

21 iyul gecəsi əyalətin Məhşəhr liman şəhərində bir polis məmuru vurularaq öldürülüb və beləliklə, İzə şəhərində öldürülən nümayişçi Məhəmməd Abdullahi də daxil olmaqla, aksiyalar zamanı həyatını itirənlərin sayı 4 nəfərə çatıb. Bir nəfər ayağından güllə yarası alıb. Məhşəhr qubernatorunun müavini Feridun Benderi İranın rəsmi xəbər agentliyi İRNA-ya bildirib ki, polis məmurunu Taleqani kəndində bir evin damından atəş açaraq öldürüblər, digərini isə ayağından yaralayıblar. Amma ictimai fəallar insanların təhlükəsizlik qüvvələri tərəfindən açılan atəş nəticəsində öldüyünü iddia edirlər (“Associated Press”).

Etiraz aksiyaları Xuzistanın Ahvaz, İzə, Məhşəhr, Xürrəmşəhr, Abadan, Susengerd və Şadegan şəhərlərini əhatə edib.

İzədə yüzlərlə nümayişçi ölkənin dini lideri Əli Xameneiyə qarşı şüarlar səsləndirilib.

Susengerd şəhərində polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan və silahda istifadə edib, etirazçılar təhlükəsizlik qüvvələrinə məxsus tankı yandırıblar (“Reuters”).

Yay aylarında havanın temperaturunun 50 dərəcəyə çatdığı Xuzistan əyalətində əsasən etnik ərəblər yaşayır.

Ölkədə içməli su problemi Xuzistan əyalətinin mühüm su ehtiyatları olan Xur-əl-Əzim körfəzinin və Kerxe çayının quruması, habelə hökumətin suyu Karun çayından digər bölgələrə çatdıracaq layihədən imtina etməsi səbəbindən yaranıb.

İlk aksiyalar iyulun 14-də Həmidiyyə, Bostan, Şadegan, Danyal və Məhşəhr şəhərlərində başlayıb.

Müxalifyönlü xəbər agentliyi HRANA-nın məlumatına görə, bu günlər ərzində İranda işçilərin və fermerlərin mitinqləri də daxil olmaqla, ən az 31 etiraz aksiyası keçirilib.

ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin əməkdaşı Jalina Porter qurumun ənənəvi brifinqində İran rəsmilərini aksiyalara müdaxilə etməməyə səsləyib:

"Biz İran hökumətini ümumi fikir azadlığı və dinc toplaşmaq hüququndan istifadə edən vətəndaşları dəstəkləməyə çağırırıq" (TASS).

İran son 50 ilin ən ağır quraqlığıyla üz-üzədir. Su qıtlığı ev təsərrüfatlarına, əkinçiliyə və heyvandarlığa ciddi zərər vurur. Bundan başqa, artıq bir neçə həftədir ki, ölkədə elektrik enerjisi də kəsintilərlə verilir.

İranın su təchizatı və kanalizasiya şirkəti rəhbərinin sözlərinə görə, su böhranı ilə üzləşən 304 şəhərdən 101-i "qırmızı zona" dadır və ciddi su çatışmazlığı yaşayır (“RİA Novosti”).

Dünya

KİV: Tunisin baş naziri döyülərək istefaya məcbur edilib

29 İyul 2021

Reuters

Tunisin baş naziri Hiçem Meçiçi məcburən istefa verməsi üçün prezident sarayında döyülüb.  Bu barədə iyulun 29-da "The Middle East Eye" nəşri xəbər verib.  Nəşrin məlumatına görə, Meçiçi prezident Kais Səidin iqamətgahına dəvət olunub, burada dövlət başçısı ondan könüllü surətdə istefa verməyi tələb edib. O, imtina edəndə isə naməlum şəxslər onu prezidentin tələb etdiyinə razı olanacan döyüblər.  Meçiçi rəsmi bəyanatında dövlət nizamına qarşı getməyəcəyini, səlahiyyətlərini növbəti baş nazirə ötürməyə hazır olduğunu və ona uğurlar arzuladığını bildirib.   İyulun 26-da Tunis prezidenti hökuməti istefaya göndərib, parlamentin fəaliyyətini dondurub, deputatların toxunulmazlığını ləğv edib və parlament spikerinin ölkədən çıxmasına qadağa qoyub. Bu qərar ölkəni...
Dünya

İran Bakı və Yerevana yardım təklif etdi

29 İyul 2021

Reuters

İran Bakı və Yerevan arasındakı münasibətlərin tənzimlənməsi üçün yardım etməyə hazırdır. "Sputnik Ermənistan"ın iyulun 29-da verdiyi məlumata görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xatibzadə açıqlama verib.  Xatibzadə Azərbaycan-Ermənistan sərhədində münaqişənin dərinləşməsindən narahat olduğunu, yaralanan əsgərlərə görə kədərləndiyini diqqətə çatdırıb. Diplomatın sözlərinə görə, gərginliyi və toqquşmaları bacardıqca tez aradan qaldırmaq və Cənubi Qafqazda əmin-amanlıq yaratmaq zəruridir. 
Seçilmiş Videolar