Wall Street Journal
İranda inflyasiyanın yüksəlməsi və ərzaq qiymətlərinin bahalaşması ilə əlaqədar etiraz aksiyaları davam edir.
Bu barədə "Toplum TV"-yə əslən İrandan olan, hazırda Almaniyada yaşayan vəkil Nağı Mahmudi məlumat verib.
Onun sözlərinə görə, etirazlar əsasən Şuş, Kərəc, Məşhəd, Kirmanşah, Ərdəbil, Zəncan, İsfahan, Ərak, Rəşt, Əhvaz, Şiraz, Tehran, Kirman, Gilan və Şuştər kimi şəhərlərdə keçirilir. Təbrizdə isə nümayişlər artıq bir neçə aydır ki, davam edir.
Nağı Mahmudi deyir ki, etirazçılar arasında əhalinin müxtəlif sosial qrupları təmsil olunur - təqaüdçü, müəllim, tibb işçisi, avtobus sürücüləri və s. Tələblər əsasən təqaüdlər və maaşların artırılması ilə bağlıdır.
“Müxtəlif işçi qruplarının təqaüdlərin artırılması tələbinə hökumətin mənfi cavab verməsi etirazları intensivləşdirdi. Bu gün İlam və Qəzvin şəhərlərində də etirazlar başlayıb. “ölüm olsun Rəisiyə”, “vədələr yetər, boşdur süfrələr!”, “ləyaqətsiz nazir”, “istefa” şüarları səsləndirilib. Təqaüdçülər aclıq simvolu olaraq sosial təminat idarəsinin qarşısında boş süfrə açıblar”.
İranda son illərdə sosial vəziyyətlə bağlı bir neçə etiraz dalğası olub. Xüsusilə də 2019-cu ildə yanacaq qiymətlərininin qabaqcadan elan olunmadan artması səbəbilə böyük etiraz aksiyaları keçirilib.
Rəsmi səhifə
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb