Dünya

İranda etiraz aksiyaları zamanı 5 nəfər ölüb

20 Sentyabr, 2022
112

Açıq mənbələrdən götürülüb

İranda baş örtüyünü düzgün taxmadığına görə polis tərəfindən saxlanılan və qorxudan vəfat edən 22 yaşlı Məhsa Əminin ölümü ilə bağlı etirazlar aksiyaları zamanı beş nəfər həlak olub. Onlara  təhlükəsizlik qüvvələrinin atəş açdığı bildirilir. 

Bu barədə "Hengaw" İnsan Haqları Təşkilatı "Twitter"-də yaydığı məlumat yayıb. Bildirilir ki, insident bazar ertəsi günü baş verib. 

"Hengaw" qeyd edir ki, Aminin doğulduğu kürd şəhəri Saqezdə təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açması nəticəsində iki nəfər həlak olub.

https://toplum.tv/dunya/gulsenin-ev-dustaqligi-legv-edildi

Daha iki nəfər Divandarreh şəhərində təhlükəsizlik qüvvələrinin “birbaşa atəşi” nəticəsində, beşinci şəxsin isə kürd bölgəsindəki Dehqolanda öldürüldüyü bildirilib.

"Reuters" xəbərləri müstəqil şəkildə yoxlaya bilməyib.

İranın Kürdüstan əyalətindən olan 22 yaşlı Məhsa Əmini keçən həftə Tehranda əxlaq polisi tərəfindən həbs olunduqdan sonra komaya düşərək vəfat edib və bu, paytaxt daxil olmaqla, çoxsaylı bölgələrdə nümayişlərə səbəb olub.

Ölənlərin rəsmi təsdiqi yoxdur. İranın rəsmi xəbər agentliyi IRNA bildirib ki, yeddi əyalətin bir sıra şəhərlərində "məhdud" etirazlar olub, polis asayişi bərpa edib.

Bazar ertəsi səhər Tehran polisinin rəisi Hüseyn Rəhimi deyib ki, polisə qarşı "qorxaqcasına ittihamlar" səsləndirilib. Onun sözlərinə görə, Əminiyə heç bir fiziki xəsarət yetirilməyib və polis onun sağ qalması üçün "hər şeyi edib".

“Bu hadisə bizim üçün uğursuz oldu və arzu edirik ki, heç vaxt belə hadisələrin şahidi olmayaq”, - deyə Rəhimi bildirib.

Dünya

İran Məhsa Əmininin ölüm səbəbini açıqladı

7 Oktyabr 2022

Sosial Media

İran Ədliyyə Xidməti Məhsa Əmininin ölümünün beyin hipoksiyasına görə olduğunu müəyyən edib. Bu barədə "Reuters" xəbər yayıb.  Məhsa Əmininin tibbi ekspertizasında onun ölümünün "baş və həyati orqanlara vurulan zərbələrlə əlaqədar olmadığı" bildirilib. https://toplum.tv/dunya/xameneyi-irandaki-etirazlarin-arxasinda-abs-ve-sionistler-dayanir Məhkəmə-tibbi ekspertləri bildirib ki, Əmini 8 yaşında olarkən beyin əməliyyatı keçirib və ağır dərmanlar qəbul edib: “Mərhumun uşaqlıqda keçirdiyi xəstəlik və qəbul etdiyi ağır dərmanlar səbəbindən polis idarəsində huşunu itirib. Və bundan sonra onun orqanizminin vəziyyətə uyğunlaşmaq üçün lazımi qabiliyyəti olmayıb”. 22 yaşlı Əmininin İran əxlaq polisinin nəzarətində olarkən ölməsi ölkədə iki həftədən çox davam edən kütləvi etirazlara səbəb olub. Atası onun ayaqlarında qançırlar olduğunu və onun...
Dünya

Nobel Sülh Mükafatının qalibləri bəlli oldu 

7 Oktyabr 2022

Rəsmi səhifə

Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatı, belarus hüquq müdafiəçisi Ales Byalyatski və Ukraynanın “Mülki Azadlıqlar Mərkəzi” hüquq müdafiə təşkilatı Nobel Sülh Mükafatına layiq görülüblər.  Bu barədə oktyabrın 7-də Nobel Komitəsi məlumat yayıb.  Nobel Sülh Mükafatı 1901-ci ildən "sülhün möhkəmlənməsinə görkəmli töhfəsinə görə" verilir. 120 il ərzində 109 fiziki şəxsə və 25 təşkilat mükafata layiq görülüb. Laureatlar arasında ən gənc mükafatçı, 2014-cü ildə mükafatı alan 17 yaşlı pakistanlı hüquq müdafiəçisi Malala Yusufzai də daxil olmaqla 18 qadın var. Beynəlxalq Qızıl Xaç Komitəsi üç dəfə Nobel Sülh Mükafatına layiq görülüb. https://toplum.tv/dunya/putin-kadirova-general-polkovnik-rutbesi-verdi Nobel Sülh Mükafatının tarixi ərzində SSRİ və Rusiyanın üç vətəndaşı laureat olub:...

Seçilmiş Videolar

Toplum TV loqo