Açıq mənbələrdən götürülüb
Həngamə Qaziani
İranda etiraz hərəkatı ilə həmrəylik ifadə edən və hicablarını açıq şəkildə çıxaran iki tanınmış aktrisa həbs edilib.
Toplum TV xəbər verir ki, bu barədə İranın dövlət mediası yazır.
IRNA xəbər agentliyi Həngamə Qaziani və Katayun Riahinin sosial şəbəkələrdəki "təxribatçı" paylaşımlarını araşdırmaq üçün prokurorluğa çağırıldıqdan sonra saxlanıldığını bildirib.
https://toplum.tv/siyaset/xameyninin-musaviri-azerbaycani-terifledi-bakidan-reaksiya-geldi
“The Guardian” yazır ki, İranın dini rəhbərliyi Tehranın əxlaq polisləri tərəfindən həbs edilən 22 yaşlı kürd əsilli qadın Məhsa Əmininin ölümündən sonra iki aydan çox davam edən nümayişlər nəticəsində sarsılıb.
Hakimiyyət etirazları “iğtişaşlar” adlandırır və ölkənin Qərb düşmənlərini onları alovlandırmaqda ittiham edir.
Qaziani "İnstaqram"da hicabını çıxardığı video yayımlayıb. "Bəlkə bu mənim son yazım olacaq" - deyə o postunda qeyd edib:
“Bundan sonra mənə nə olursa olsun, bilin ki, həmişə olduğu kimi, son nəfəsimə qədər İran xalqının yanındayam”.
Videoda Qaziani əvvəlcə səssizcə kameraya baxır, sonra da arxasını dönüb saçını at quyruğu formasında yığır.
Keçən həftə yazdığı yazıda o, İran hökumətini 50-dən çox uşağı “öldürməkdə” ittiham etmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Forbes
Açıq mənbələrdən götürülüb