Açıq mənbələrdən götürülüb
İranda bu gün, iyunun 8-də sərnişin qatarının relsdən çıxması nəticəsində azı 17 nəfər ölüb, daha 50 nəfər yaralanıb.
"Associated Press" xəbər verir ki, qatarın yeddi vaqonundan dördü Tehrandan təxminən 550 kilometr aralıda, Tebes şəhəri yaxınlığında relsdən çıxıb.
Helikopter və təcili yardım maşınları ilə hadisə yerinə xilasetmə qrupları gəlib, xəsarət alanlardan bəziləri xəstəxanaya yerləşdirilib. Qatarda 350-yə yaxın sərnişinin olduğu bildirilir.
Hökumət orqanları qurbanların sayının arta biləcəyini istisna etmirlər.
İlkin məlumata görə, qatar təmir işləri ilə əlaqədar relslərin yaxınlığında ola biləcək ekskavatorla toqquşub.
Rəsmilər qəzanın səbəbinın araşdırıldığını deyiblər.
Açıq mənbələrdən götürülüb
ZDF
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?