Dünya

İranlı qadın: “Dünyaya deyin ki, biz yaşayırıq və döyüşürük - ən azından indilik...”

Aytac Məmmədli
26 Sentyabr, 2022
257

Açıq mənbələrdən götürülüb

“Qadın, həyat, azadlıq”

İranlılar son 3 ilin ən böyük etiraz aksiyasını keçirirlər.

Təhlükəsizlik qüvvələri etirazçıları güllələyir, etirazçılar polislərə daş atır, onların maşınlarını yandırır, dövlət binalarını atəşə tuturlar.

Qadınlardan bəziləri hicablarını çıxarıb yandırır, saçlarını kəsir, bəziləri də “zən, zəndəyi, azadi” və ya “qadın, həyat, azadlıq” şüarları səsləndirən kütlənin alqışları altında böyük tonqalların ətrafında rəqs edirlər.

20 yaşlı gənc qız 6 güllə yarası alaraq ölüb

Amma etirazlarda ölənlərin də sayı az deyil.

Açıq mənbələrdən götürülüb

Rəsmi məlumatlara görə, aksiyalarda 41 nəfər öldürülüb.

20 yaşlı gənc qızın öldürülməsi isə etirazları daha da şiddətləndirib.

Hədis Nəcəfi adlı gənc qız aksiya zamanı 6 güllə yarası alıb. O, baş, boyun, sinə və qarnından yaralanıb.

Açıq mənbələrdən götürülüb

“Dünyaya deyin ki, biz yaşayırıq və döyüşürük - ən azından indilik...”

Etiraz aksiyalarında iştirak edən qadınlardan bəziləri “The Guardian”a danışıb.

Açıq mənbələrdən götürülüb

Qadınlardan biri deyir ki, artıq əxlaq polisləri tərəfindən susdurulmaq və alçaldılmaq istəmirlər.

“Mən etiraz edərək ölümü gözə alıram. Biz - iranlı qadınlar zəif deyilik. Biz dünyadakı bütün gənc qadınlar kimiyik. Amma hamı kimi istədiyimizi geyinə bilmirik, çünki buna görə bizi alçaldırlar”.

O, nümayişlərə necə başladığından da danışır.

Açıq mənbələrdən götürülüb

“Yürüşə başlayandan bir neçə dəqiqə sonra polis qüvvələri irəlilədi. Zibil qutularını yandırdıq. Hamımız hicablarımızı açıb, havada fırladaraq tonqala atdıq. Sonra da polislərə tərəf yeridik. Bir neçə dəqiqə sonra gözyaşardıcı qaz çıxardılar. Biz qaçdıq və yad evlərə sığındıq.  İnsanlar bizə baxıb qürur duyduqlarını söylədilər. Paltarımın hər yanında qan ləkəsi var idi, amma mən heç vaxt olmadığım kimi qərarlı idim”.

Qadın etirazlarda iştiraka davam edəcəyini söyləyir.

 “Bu gün cümədir. Etirazlara qatılmaq üçün yenidən geyinirəm. Dünyaya deyin ki, biz yaşayırıq və döyüşürük – ən azından indilik...”.

Xatırlatma

İranda baş örtüyünü düzgün taxmadığına görə saxlanılan Məhsa Əminin ölümü kütləvi etirazlara səbəb olub.

Açıq mənbələrdən götürülüb

22 yaşlı qızın polis əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığını deyən sakinlər küçələrə axışıb, etiraz səslərini ucaldıblar.

İranlı rəsmilər isə qızın “qəfil infarkt” səbəbindən vəfatı etdiyini söyləyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

İranda hüquqları pozulan azərbaycanlılarla bağlı hesabat hazırlanacaq 

Roza Məmmədova
1 Dekabr 2022

Sosial Media

"İranın azərbaycanlılar yaşayan bölgəsində insan haqlarının pozulması ilə bağlı xəbərlərin verilməsində ciddi boşluq yaranıb. Bölgədə davamlı etirazların olması bunu göstərir”.  Toplum Tv xəbər verir ki, bu barədə Vaşinqton Universitetinin doktorantı Ramin Cabbarlı “Feysbuk” hesabında paylaşım edib.  https://toplum.tv/tv-proqramlar/hakimiyyet-irandaki-azeybaycanlilarin-huquqlarini-nece-qoruyacaq Cabbarlının sözlərinə görə, bu missiyanı İrandan olan, hazırda ABŞ və Kanadada akademiyada işləyən olan bir qrup azərbaycanlı aparacaq.   O deyib ki, İrandakı azərbaycanlılar haqqında insan haqları hesabatının hazırlanmasını asanlaşdırmaq üçün xüsusi təşəbbüs qrupu yaradılıb.  16 nəfərlik təşəbbüs qrupunda Ayova Dövlət Universitetinin İqtisadiyyat üzrə doktorantı Behzad Ciddi, Toronto Universitetində Türk və Osmanlı Araşdırmaları doktoru Lalə Cavanşir və digərləri təmsil olunur.  Ramin Cabbarlı hesabatın...
Dünya

İsrail ultramillətçilərin əlindədir - Netanyahu küncə sıxılıb, yoxsa planı var?

1 Dekabr 2022

Açıq mənbələrdən götürülüb

İsraildə koalisyon hökumətin formalaşması prosesi gedir. Binyamin Netanyahu hakimiyyətdə qalmaq üçün ərəblərə qarşı sərt münasibətləri və qalmaqallı homofob fikirlərilə məşhur olan ultramillətçilərlə sövdələşməyə hazırdır. Əgər gözlənilməz bir şey olmasa, ölkə tarixi boyu ən ultrasağçı hökumətə malik olacaq. Toplum TV İsraildəki hazırki siyasi vəziyyətlə bağlı BBC-də dərc olunmuş məqaləni oxucularına təqdim edir. İsrailin dünyəvi gələcəyi, Yaxın Şərqdə sabitlik və ABŞ ilə münasibətlər təhlükə altındadır. Ənənəvi olaraq sağlar və sağ mərkəzçilərin İsrailin xarici təhlükəsizliyini daha yaxşı təmin etməsi barədə fikir formalaşıb.    Yəqin ki, israillilərin seçimini müəyyənləşdirən amillər sırasında Ağ evdə yəhudi dövlətini respublikaçılar kimi birmənalı dəstəkləməyən demokratların oturması, İran və Rusiyanın...

Seçilmiş Videolar

Toplum TV loqo