Dünya
İŞİD liderinin videoyazısı yayılıb
24 İyun, 2020
Baxış: 617
İŞİD terror qruplaşmasının rəhbəri Əbu Bəkir əl-Bağdadi sosial şəbəkələrdə yayılmış videomüraciətində Baquz şəhəri uğrunda döyüşün başa çatdığını bildirib.

Əbu Bəkir əl-Bağdadi həmçinin müraciətində İŞİD döyüşçülərinin öldürülməsində və onların tutulmasında iştirakı olan insanlardan qisas alacağını söz verib.

Baquz uğrunda döyüş 2019-cu ilin fevralında Suriya demokratik qüvvələrinin və Amerika koalisiyasının iştirakı ilə başlayıb. Martın 23-də Suriya hərbçiləri əməliyyatın başa çatdığını elan ediblər. Baquz İŞİD-in Suriyadakı son qalası hesab edilirdi.

Bu, əl-Bağdadinin son 5 ildə ilk videoyazısıdır. İŞİD rəhbəri sonuncu dəfə 2014-cü ilin iyulunda tərəfdarları qarşısına çıxıb. 

Daha əvvəl İŞİD terror qruplaşması Şri-Lankada törədilən partlayışlara görə məsuliyyəti üzərinə götürüb.

Report.az
Dünya

Tramp haqqında çıxarılmış iki impiçment qərarı nə mənaya gəlir? - Analiz

22 Yanvar 2021
Donald Tramp ABŞ tarixində yeganə prezidentdir ki, Nümayəndələr palatası onun haqqında iki dəfə impiçment hökmü çıxarıb. İlk dəfə 2019-cu ilin dekabrında hakimiyyətdən sui-istifadəyə (O, Ukrayna hökumətinə təzyiq göstərməkdə ittiham edilirdi) və Konqresin araşdırmasına əngəllər yaratdığına görə. İkinci dəfə isə 2021-ci ilin yanvarında qiyama təhrik etməyə görə. Vəzifəsini tərk edən prezident üçün impiçment nə deməkdir? ABŞ Konqresinin aşağı palatasından – Nümayəndələr palatasından impiçment qərarının çıxması prezidentin dərhal vəzifədən kənarlaşdırılması mənasına gəlmir. Bunun üçün Konqressin yuxarı palatası – Senat impiçment üzrə xüsusi mühakimə iclasında 2/3 səs çoxluğu ilə onu günahkar bilməlidir. ABŞ Nümayəndələr palatası cəmi üç prezidentə qarşı impiçment hökmü çıxarıb: Endrü...
Dünya

Kasıb ölkələrə "Pfizer" vaksini göndəriləcək
 

22 Yanvar 2021
"Pfizer/BioNTech" şirkətlərinin koronavirusa qarşı istehsal etdiyi vaksin Ümumdünya Səhiyyə Təşkilatının COVAX proqramı çərçivəsində kasıb ölkələrə də çatdırılacaq. Bu barədə yanvarın 22-də "Röyters" xəbər verib. Məlumata görə, "Pfizer"in kasıb ölkələrə çatdırılması ilə bağlı təfərrüatlar hələlik məlum deyil, amma həcmin o qədər də böyük olmayacağı ehtimal edilir. Buna səbəb kimi COVAX proqramının həyata keçirildiyi ölkələrdə peyvəndin əsasən tibb işçiləri üçün nəzərdə tutulması göstərilir. COVAX vasitəsilə "Pfizer" vaksinlərinin kasıb ölkələrə fevraldan etibarən çatdırılacağı bildirilib. Daha əvvəl Ukrayna və Gürcüstan kimi post-Sovet ölkələrinin hökumətləri ilin birinci rübündə "Pfizer" vaksinlərini əldə edəcəklərini bildirmişdilər. Amma doza sayının yüksək olmayacağı bildirilib. Gürcüstanın cəmi 700 min doza "Pfizer"...
Seçilmiş Videolar