Dünya

İsrail Qəzzada fələstinlilər üçün balıq ovu zonasını bağladı

26 Aprel, 2021
871

EADaily

Raket hücumuna məruz qalan İsrail bu gün saat 06.00-dan etibarən Qəzza zolağı sahilində balıq ovu zonasını fələstinli balıqçlar üçün qapadıb. 

TASS-ın aprelin 26-da verdiyi xəbərə görə, fələstinlilər üçün balıq ovu zonasını əvvəlcə 15 dəniz milindən (27,8 kilometr) 9 dəniz milinə qədər (16,7 kilometr) qısaltmaq qərara alınmışdı, amma Qəzzadan raket atəşinin davam etməsi səbəbindən ov zonasını tamam qapatmaq barədə qərarı çıxarılıb. 

Qəzza zolağında yerləşən Fələstin döyüşçüləri aprelin 24-nə keçən gecə İsrail ərazisinə 35 raket atıblar. “Dəmir günbəz” adlı hava hücumundan müdafiə sistemi onlardan altısını zərərsizləşdirib, qalanları isə əhali yaşamayan yerlərdə partlayıb. Bu,  2020-ci ilin fevralından etibarən (o zaman 80 raket atılmışdı) İsrail ərazisinə yönələn ən intensiv raket hücumudur. 

Bir neçə aylıq fasilədən sonra tək-tək raket hücumları ötən ilin sonlarından etibarən həyata keçirilir. İsrail ordusunun mətbuat xidmətinin verdiyi məlumata görə, aprelin 23-nə keçən gecə də ölkəyə dörd raket atılıb və onlardan ikisi “Dəmir günbəz” tərəfindən zərərsizləşdirilib.

Dünya

Böyük Britaniya Rusiyanın 3 aviaşirkətinə sanksiya tətbiq edib

19 May 2022

açıq mənbədən götürülüb

Britaniya Rusiyanın “Aeroflot”, “Rossiya” və “Ural Airlines” aviaşirkətlərinə qarşı sanksiyalar tətbiq edib.  Bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat verilib. Məlumatda bildirilir ki, bu aviaşirkətlər artıq Britaniya hava limanlarında istifadə olunmamış yerlərini sata bilməyəcəklər və bu, Rusiyanın 50 milyon funt sterlinq (62,3 milyon dollar) mənfəət əldə etməsinə mane olacaq. “Nə qədər ki, Putin Ukraynaya qarşı barbar hücumunu davam etdirəcək, biz də Rusiya iqtisadiyyatına zərbə vurmağa davam edəcəyik. Artıq hava məkanımızı Rusiya aviaşirkətlərinin üzünə bağlamışıq. Bu gün biz onların hava limanlarımızda sərfəli yerlərini nağdlaşdırmasının qarşısını almaq üçün hər şeyi edirik. Hər bir iqtisadi sanksiya bizim Putinə aydın mövqeyimizi gücləndirir: Ukrayna qalib...
Dünya

ABŞ və Çinin qlobal borcu rekord 305 trilyon dollara çatıb

19 May 2022

"Shutterstock"

ABŞ və Çin özlərinin qlobal borclarını rekord 305 trilyon dollara çatdırıblar. Beynəlxalq maliyyə institutunun (İİF) göstəriciləri isə borcun ümumi istehsala nisbətinin azaldığını göstərir. Cari ilin birinci rübü ərzində Çinin borcu 2,5 trilyon dollar çoxalıb. ABŞ-ın borcuna isə 1,5 trilyon əlavə olunub. Bunun müqabilində dalbadal üçüncü rübdür ki, Avrozonada ümumi borcun azaldığı müşahidə olunur. Dünya borcunun ümumi daxilə məhsula nisbəti 348 faizə düşüb. Bu da bir il əvvəl qeydə alınan borcdan təxminən 15% aşağıdır. Bu zaman Avropa Birliyi ölkələrində vəziyyətin xüsusilə yaxşılaşması nəzərə çarpır. İİF-in məlumatlarına görə, Vyetnam, Tailand və Cənubi Koreya bu sahədə daha yüksək göstəricilərə malikdirlər. “Bu il artımın...

Seçilmiş Videolar

Toplum TV loqo