Dünya

İsrail tarixi boyu ən böyük raket hücumuna məruz qalıb

17 May, 2021
75

Reuters

HAMAS və “İslam cihadı” adlı Fələstin təşkilatı son yeddi gün ərzində İsrail ərazisinə üç mindən çox raket atıb.  

Bu barədə mayın 18-də İsrail ordusunun rəsmi "Tvitter" hesabında məlumat verilib. 

Söhbət 3100 raketdən gedir. İsrail ordusu bildirir ki, bu, tarix boyu ölkə ərazisinə yönələn ən genişmiqyaslı raket hücumudur. 

“Təhlükə realdır. Milyonlarla israilli atəş altında yaşayır. Biz özümüzü müdafiə etməkdə davam edəcəyik”, - xəbərdə deyilir.

Fələstinə bağlı təşkilatlar mayın 10-dan etibarən İsraili güclü raket hücumuna məruz qoyurlar. İsrail ordusu buna cavab olaraq ehtiyatda olan beş min nəfər hərbçini səfərbər edib və “Divar keşikçiləri” adlı əməliyyat keçirib. Toqquşmalar hələ də davam edir.

Mayın 16-na olan məlumata görə, Fələstin-İsrail münaqişəsi qızışandan etibarən on israilli öldürülüb. İsrailin cavab atəşləri nəticəsində Qəzzada iki yüzdən çox fələstinli ölüb.

Dünya

Baş Prokurorluq 4 namizədin həbsi üçün vəsatət verib

20 İyun 2021

Açıq mənbələrdən götürülüb

Ermənistan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasına 4 namizədin haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət göndərib. MSK-nın hüquq şöbəsinin müdiri Liliya Akopyan “Azadlıq” radiosunun erməni xidmətinə deyib ki, komissiya iki namizədlə bağlı razılığını verib. Bunlar “Şərəf duyaram” blokunun namizədi Ruben Xlgatyan və “Çiçəklənən Ermənistan” partiyasının namizədi Aramais Aproyandır. MSK təmsilçisinin sözlərinə görə, daha iki namizəd üçün vəsatətlər müzakirə olunmayıb, qanun üç günlük bir müddət təyin edib. Həmin vəsatətlərin seçkidən bir gün öncə - iyunun 19-da daxil olduğu bildirilir. Seçki günü təşviqatın Seçki Məcəlləsi ilə də qadağan olunduğunu əsas gətirən Liliya Akopyan Akopyan Baş Prokurorluğun hansı namizədlərin həbsi ilə bağlı müraciət...
Dünya

Seçki günü Ermənistanda məntəqədə atəş açılıb

20 İyun 2021

Sia.az

İyunun 20-də Ermənsitanda seçki məntəqəsinə atəş açıldığı bildirilir. Bu haqda News.am xəbər verir. Polis Şöbəsinə Azataşen kəndindəki seçki məntəqəsinə atəş edildiyi barədə məlumat daxil olduğu deyilir. Araşdırma zamanı məlum olub ki, seçki məntəqəsində “Çiçəklənən Ermənistan” Partiyası ilə “Verelk” Partiyasının nümayəndələri arasında mübahisə düşüb və bir neçə dəfə atəş açılıb. Faktla bağlı araşdırma aparılır. Emənistanda “Respublika naminə” partiyasının rəhbəri, “Şirinyan-Babacanyan demokratlar bloku”nun liderlərindən Arman Babacanyan seçki günü səhər saatlarında avtomobilinin yan şüşəsində güllə izi tapdığını deyir. Bu haqda “Azadlıq” radiosunun erməni xidmətinə danışan siyasətçi özünə heç nə olmadığını bildirib. Onun sözlərindən məlum olur ki, hadisə vaxtı avtomobildə nə özü, nə də...
Seçilmiş Videolar