Dünya

İsrail və ABŞ İrana zərbələr endirmək üçün təlimlərə başlayır

29 Noyabr, 2022
238

Reuters

İsrail və ABŞ bayraqları

İsrail Müdafiə Nazirliyi ABŞ-la birlikdə İrana zərbələrini imitasiya edən silsilə hava təlimləri keçirəcək. 

Toplum Tv “The Times of Israel”-ə istinadən məlumat bildirir ki, bu barədə İsrail Müdafiə Nazirliyi xəbər yayıb. 

Nəşrin məlumatına görə, manevrlər nazir Aviv Koçavinin ötən həftə ABŞ-a səfəri zamanı razılaşdırılıb.

https://toplum.tv/siyaset/pentaqon-azerbaycanla-herbi-emekdasligi-muzakire-edir

İlk təlimlər çərşənbə axşamı, noyabrın 29-da İsrail və Aralıq dənizi üzərində keçiriləcək. Təlimdə İsrail Hərbi Hava Qüvvələrinin və ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları və tankerləri iştirak edəcək, onlar “regional təhlükələr qarşısında bir sıra ssenarilər hazırlayacaqlar”.

Bundan əvvəl bildirilmişdi ki, İsrail Rusiya ilə İran arasında nüvə enerjisi sahəsində əməkdaşlığın güclənməsindən narahatdır və bu, Tehranın nüvə silahı yaratmasına imkan verə bilər.

Bundan əlavə, çərşənbə axşamı Ukrayna Silahlı Qüvvələrinin nümayəndə heyəti İsrailə gəlib. Səfərin məqsədi raket zərbələri barədə xəbərdarlıq sistemlərinin yaradılmasına dair razılaşmanın müzakirəsi olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

23 Fevral 2024

Rəsmi səhifə

Ağ Ev Ukraynadakı müharibə və Aleksey Navalnının ölümü ilə bağlı Rusiyaya qarşı 500 yeni sanksiyanın tətbiq edildiyini açıqlayıb. Toplum Tv xəbər verir ki, bu barədə Ağ Evin fevralın 13-də yaydığı press-relizdə bildirilir.  Məhdudiyyətlər Rusiyanın maliyyə sektorunu, hərbi-sənaye kompleksini, satınalma şəbəkəsinin iştirakçılarını, sanksiyalardan yayınanları və Aleksey Navalnının həbsinə cavabdeh olanları hədəf alacaq. Bundan əlavə, qeyd olunub ki, “Rusiya hərbi maşını”nı dəstəkləyən 100-ə yaxın təşkilata yeni ixrac məhdudiyyətləri tətbiq ediləcək. Bəyanatda deyilir ki, Ağ Ev Moskvanın enerji gəlirlərini daha da azaltmaq üçün tədbirlər görür. Sanksiyalardan danışan Prezident Co Bayden Rusiya Prezidenti Vladimir Putinin xaricdəki aqressiya və daxildə repressiyalara görə böyük əvəz ödəyəcəyini...
Dünya

Kreml: Yerevandan KTMT-də iştirakını dondurulmasıyla bağlı bildiriş gəlməyib

23 Fevral 2024

Kreml.ru

"Yerevan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyün dondurulması ilə bağlı rəsmi bildiriş göndərməyib". Toplum TV xəbər verir ki, bunu fevralın 23-də Kremlin mətbuat katibi Dmitri Peskov “Zvezda” telekanalına açıqlamasında bildirib: “Ermənistan tərəfi bununla bağlı heç bir rəsmi addım atmayıb. Biz həmkarlarımızla əlaqə saxlamaq və bu bəyanatların mənasını aydınlaşdırmaq niyyətindəyik”. https://toplum.tv/dunya/permenistan-ktmt-de-istirakini-dondurubp Peskov qeyd edib ki, burda detalları başa düşmək çox vacibdir: "Ümid edək ki, erməni dostlarımız bizə hər şeyi izah edəcəklər". Onun sözlərinə görə, Prezident Vladimi Putin də hələ Ermənistanın Baş naziri Nikol Paşinyanla məsələ barəsində danışmayıb, hələlik belə təmaslar planlaşdırılmır. Qeyd edək ki, Nikol Paşinyan fevralın 22-də “France 24” telekanalına...

Seçilmiş Videolar

Toplum TV loqo