Açıq mənbələrdən götürülüb
İsraildə dünyada ilk dəfə olaraq süni ət yetişdirilməsi üçün sənaye xətti istifadəyə verilib.
"Blumberq" iyulun 2-də məlumat verib ki, "Future Meat Technologies" şirkəti sutka ərzində 500 kiloqramm sintetik ət istehsal edəcəyini vəd edib. Bu da üç min ədəd orta ölçülü hamburger üçün yetərlidir.
Müəssisədə süni ət xüsusi bioreaktorlarda əldə olunur. Burada canlı hüceyrələr yaradılır və onlar heyvanlar qidalanan yemlərlə qidalandırılırlar. Nəticədə yeməli ət parçalarına qədər böyüyürlər.
İsrailli mütəxəssislər qeyd edirlər ki, yeni metod istehsal üçün geniş ərazi tələb etmir, burada həmçinin ənənəvi heyvandarlıq üçün zəruri resurs olan suya qənaət etmək imkanı yaranır.
Məlumata görə, süni ətin daha bir üstünlüyü bundan ibarətdir ki, adi ətlə müqayisədə onun ərsəyə gəlməsinə iyirmi dəfə az vaxt sərf olunur.
AFP
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”