EPA/EFE
İsveçin xarici işlər naziri Ann Linde ölkəsinin NATO-ya üzv olması üçün ərizə imzalayıb.
Məlumatı mayın 17-də İsveçin ictimai yayım şirkəti “Sveriges Television” yayıb.
Mayın 16-da İsveç hökuməti alyansa üzvlüklə bağlı yekun qərarını açıqlayıb. Beləliklə, o, 200 il davam edən neytral ölkə siyasətinə son qoyub.
Baş nazir Magdalena Anderson “Ölkənin üzvlüklə gələn təhlükəsizlik zəmanətlərinə ehtiyacı var" deyib. Baş nazir bu qərarı təhlükəsizlik siyasətində tarixi dəyişiklik adlandırıb. Sözügedən qərar Rusiyanın Ukraynaya müdaxiləsi fonunda verilib.
Üzvlük ərizəsi bütün NATO ölkələri tərəfindən təsdiqlənməlidir. Əvvəllər bunun daha operativ şəkildə baş tutacağı güman edilirdi. Lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin bu qərarın “əleyhinə” səs verəcəyini bildirib. O, İsveçi “terror təşkilatları üçün inkubator” adlandırıb.
Stokholm Türkiyədə PKK-ya bağlı hesab edilən bir çox kürdlərə siyasi sığınacaq verib. Türkiyə həmin şəxsləri terrorçu hesab edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər