Dünya

İsveç əsilli iranlı alim edam olunacaq

4 May, 2022
85

açıq mənbədən götürülüb

İran və İsveç vətəndaşı olan alim, casusluq ittihamı ilə İranda həbsdə olan Əhməd Rza Cəlali mayın 21-dək edam ediləcək.

 İranın“İSNA”xəbər agentliyinin məlumatına görə, İran Ali Məhkəməsi alim barəsində çıxarılan edam hökmünü təsdiqləyib.

“Qəza həkimi və tədqiqatçısı Əhməd Rza Cəlali 2016-cı ildə İranda akademik səfərdə olarkən həbs edilib.

İranın məhkəmə sistemi hələ ki, hökmə münasibət bildirməyib.

İran iddia edir ki, 51 yaşlı alim İsrail xarici kəşfiyyatı “Mossad”a İranın nüvə proqramı ilə bağlı məxfi məlumat verib. Bu, ölkədə iki nüvə aliminin öldürülməsinə səbəb olub. Həmin alimlərdən biri 2020-ci ilin noyabrında öldürülən nüvə fiziki Möhsün Fəxrizadədir.

İsveç qanunlarına görə, məhkəmələr İsveç vətəndaşlarını və digər vətəndaşları xaricdə beynəlxalq hüquqa zidd cinayətlərə görə mühakimə edə bilər.

Keçən il BMT-nin İranda insan haqları üzrə müstəntiqi 1988-ci ildə dövlət sifarişi ilə həyata keçirilən edamlar və prezident İbrahim Rəisinin o zaman Tehran prokurorunun müavini kimi oynadığı rolla bağlı iddiaların müstəqil araşdırılmasına çağırıb.

İddialarla bağlı sualı cavablandıran Raisi iyun ayında seçildikdən sonra jurnalistlərə açıqlamasında milli təhlükəsizliyi və insan haqlarını müdafiə etdiyini bildirib.

Dünya

Rusiya Finlandiyaya qaz nəqlini dayandıracaq

20 May 2022

Gazprom.ru

“Gazprom” Finlandiyanın “Gasum” şirkətini mayın 21-dən etibarən qaz təchizatının dayandırılması barədə xəbərdar edib. Bu barədə “Gasum”un rəsmi məlumatında deyilir. Finlandiya qaz çatışmazlığını Estoniyadan gələn “Balticconnector” qaz kəməri ilə kompensasiya etmək niyyətindədir. “Gasum” Rusiyanın tələbi ilə qazın rublla ödənilməsinə keçməkdən imtina edib və arbitrajda buna etiraz etmək niyyətindədir. “Reuters” yazır ki, Finlandiyanın Rusiyadan idxal etdiyi qaz ölkənin enerji istehlakının yalnız beş faizini təşkil edir. Rusiya “dost olmayan” ölkələrdən aprelin 1-dən əvvəllər bağlanmış müqavilələrə görə ödənişlərin rublla aparılmasını tələb edib. Bolqarıstan və Polşa artıq təklif olunan sxem üzrə qazın pulunu ödəməkdən imtina edib, bundan sonra bu ölkələrə tədarük dayandırılıb. Rusiya hökumətinin məlumatına...
Dünya

Türkmənistan qadınların xarici görünüşünə və davranışlarına nəzarəti gücləndirib

20 May 2022

AFP

Aprelin əvvəlindən Türkmənistan hakimiyyəti qadınların öz bədənlərinə nəzarət etmək hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Bu barədə BBC və “Azadlıq” radiosunun türkmən xidməti məlumat yayıb. Paytaxt Aşqabadda dövlət qurumlarının əməkdaşlarından “xarici cəlbediciliyi artırmaq üçün əlavə üsullardan çəkinmək” barədə yazılı vəd vermələri tələb olunur. Əvvəllər qadınlara qarşı analoji tələblər ölkənin digər bölgələrində də irəli sürülürdü. Hakimiyyətin təzyiqi ilə dövlət işçiləri kosmetikadan istifadə etməməyə, saçlarını boyamamağa, manikür etməməyə, cins şalvar və dar paltar geyinməməyə - bunun əvəzinə geniş ənənəvi paltar və baş örtüyü taxmağa məcburdurlar. İşdən çıxarılma təhlükəsi altında qadınlar tez bir zamanda saxta dırnaq və kirpiklərdən qurtulmalı, sarı saçlarını tünd rəngə boyamalıdırlar. Eyni...

Seçilmiş Videolar

Toplum TV loqo