Dünya

İsveçrədə sifəti gizlətmək qadağan olunacaq

8 Mart, 2021
86

Lenta.ru

Şənbə günü İsveçrədə üç qanun layihəsi ilə əlaqədar federal səviyyədə referendum keçirilib. 

Nəticələr barədə martın 7-də "Swiss Info"nun İsveçrə ictimai teleradio şirkətinin məlumatlarına əsasən verdiyi xəbərə görə, referenduma çıxarılan məsələlər İndoneziya ilə azad ticarət haqqında razılaşma, sosial şəbəkədə şəxsi elektron identifikasiya və ictimai yerlərdə üzünü gizlətməyin qadağan olunmasını kimi məsələləri əhatə edib

Aydın olub ki, İsveçrə əhalisinin əksəriyyəti örpək, balaklava və pərəncə kimi üz gizlədən geyimlərin qadağan olunmasının tərəfdarıdır. İctimai fikrin tədqiqi ilə məşğul olan "GFS.Bern" təşkilatının rəhbəri Lukas Qolder bildirib ki, seçicilərin 52,7%-i bu qadağanın lehinə səs veriblər. 

Belə bir qadağanın konstitusiyaya daxil edilməsini təklif edən Anian Librand inanır ki, bu təşəbbüs sayəsində “çoxdan yetişməkdə olan diskussiya müzakirəyə çıxarılıb”.  Onun sözlərinə görə, əksəriyyət gətirilən arqumentləri dəstəkləyib. Sol və ifrat sol qüvvələr isə bu qərara etiraz edirlər. 

Solçu “Libero əməliyyatı” təşkilatının nümayəndəsi Stefan Manser-Eqli bunu “təbliğati simvolların siyasətə təhlükəli müdaxiləsi” kimi qiymətləndirib. Fatimə İftixar adlı müsəlman qadın isə İsveçrə xalq partiyasının simvollara söykənən siyasətinin yenidən xalq tərəfindən dəstəklənməsindən məyusluğunu ifadə edib.

Dünya

ABŞ İrana qarşı tətbiq olunan sanksiyaları ləğv etməyəcək

10 Aprel 2021

Panda Security

ABŞ 2017-ci ildə İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyəcək. CNN-nin məlumatına görə, bunu aprelin 10-da Dövlət Departamentinin rəsmisi deyib. O bildirib ki, İranın bütün sanksiyaların ləğv olunmasına dair tələbi qəbulolunmazdır: "Əgər İran 2017-ci ildə qəbul edilən sanksiyaların ləğv olunmasını tələb edib, əks təqdirdə sazişin əldə olunmayacağı ilə bağlı mövqeyində israr edəcəksə, o zaman danışıqlar dalana dirənəcək". İran ABŞ-ın tələb etdiyi nüvə sazişinin yenidən bərpa olunması üçün bütün sanksiyaların ləğvini tələb edir. 
Dünya

Gürcüstan prezidenti müxalifəti anlayışlı olmağa çağırdı

10 Aprel 2021

Agenda.ge

Salome Zurabişvili bütün siyasi partiyaları ölkənin ərazi bütövlüyünün həlli, pandemiya ilə mübarizə və siyasi gərginliyin azaldılması üçün həmrəyliyə çağırıb. "Sputnik Gürcüstan"ın aprelin 10-da verdiyi xəbərə görə, bu barədə Zurabişvili parlamentdəki çıxışı zamanı danışıb.  “Bu gün böyük çətinliklərlə üzləşən ölkə öz tarixi təcrübəsinə söykənməli və həmrəyliyə nail olmalıdır”, - prezident seçkilərin nəticələrinə etiraz olaraq parlamentdəki yerlərdindən imtina edən siyasi partiyalara müraciət edərkən deyib. O, partiya təmsilçilərini ölkənin siyasi həyatında fəal rol oynamağa və müxalifəti  ölkənin maraqlarına daha çox anlayış göstərməyə çağırıb.  Zurabişvilinin sözlərinə görə, Abxaziya və Cənubi Osetiyanın işğalına son verilməsi, Gürcüstanın NATO və Avropa İttifaqına inteqrasiyası prioritet məsələlər olmalıdır.  “Əgər...
Seçilmiş Videolar