Dünya

Kadırov 3 azyaşlı oğlunu Ukrayna cəbhəsinə göndərəcəyini deyir

3 Oktyabr, 2022
253

Açıq mənbələrdən götürülüb

Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, yetkinlik yaşına çatmamaq vətən müdafiəçilərinin hərbi təlim keçməsinə mane ola bilməz. Onun 16, 15 və 14 yaşlı oğulları Axmat, Əli və Adam uşaqlıqdan hərbi təlimlərə cəlb olunublar. 

RBC xəbər verir ki, Kadırov bu barədə oktyabrın 3-də sosial media hesabında məlumat yayıb. 

Onun sözlərinə görə, hər bir atanın əsas məqsədi övladlarını ailənin və Vətənin qorunmasına, eləcə də Allah qorxusuna hazırlamaqdır.

https://toplum.tv/dunya/kadirov-ukraynada-strategiyanin-deyisdirilmesini-teleb-edir-sehvler-buraxildi

Çeçen lider qeyd edib ki, oğulları öz istəkləri ilə Ukraynadakı "xüsusi əməliyyat zonası"nda öz bacarıqlarını göstərməyə hazırdırlar. O, zarafat etmədiyini də əlavə edib. 

"Tezliklə onlar cəbhə xəttinə gedəcək və təmas xəttinin ən çətin hissələrində olacaqlar", - Kadırov teleqram kanalında yazıb.

Bundan əvvəl o, Ukrayna cəbhəsində Rusiya Müdafiə Nazirliyinin strategiyasını tənqid etmişdi. Onun sözlərinə görə, cəbhədəki uğursuzluqlar Baş Qərargahdakı səhvlər ucbatından baş verir. Çeçen lider həmçinin qeyd etmişdi ki, cəbhədəki real vəziyyət barədə Prezident Vladimir Putinə səhih informasiyanın verilməsindən şübhə edir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo