Dünya

Kadırov: Çeçenistanda səfərbərlik olmayacaq 

23 Sentyabr, 2022
138

Açıq mənbələrdən götürülüb

Çeçenistan rəhbəri Ramzan Kadırov “xüsusi əməliyyat” keçirmək üçün operativ qərargahla görüşdə respublikada səfərbərliyinin təmsil olunmayacağını bəyan edib. 

"Kavkaz.Realii" yazır ki, Kadırovun bu çıxışı sentyabrın 22-də Qroznı televiziyasının axşam xəbər buraxılışında göstərilib.

Kadırovun sözlərinə görə, Ukraynadakı müharibə zamanı döyüş əməliyyatlarında 20 min çeçen iştirak edib, ona görə də Çeçenistan artıq “planını 254% artıqlaması ilə yerinə yetirib”. O, bunun hansı plan olduğunu dəqiqləşdirməyib.

https://toplum.tv/dunya/rusiyada-muharibeye-qarsi-aksiyalara-cixanlara-cagiris-vesiqeleri-verilir

Respublika rəhbəri sentyabrın 21-də Qroznıda qadınların keçirməyə çalışdıqları müharibə əleyhinə mitinqdən də danışıb. Kadırov iddia edir ki, etiraz edən 40-a yaxın qadının qohumları artıq səfərbər olunaraq Ukraynaya göndərilib. O, həmçinin mitinqə çıxan hər kəsi və ya onların ərlərini və bütün uşaqlarını “cəbhə bölgəsinə” göndərəcəyi ilə hədələyib.

Sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin Rusiyada “qismən səfərbərlik” elan edib. Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukraynadakı müharibəyə 300 min nəfəri çağırmağı planlaşdırır.

Sentyabrın 15-də Ramzan Kadırov Rusiya regionlarının rəhbərlərini Kremlin hərbi vəziyyət elan etməsini gözləməməyə, “səfərbərlik” həyata keçirməyə və Ukraynadakı müharibəyə minlərlə könüllü göndərməyə çağırıb. Bəzi qubernatorlar Çeçenistan rəhbərinin təklifini dəstəkləyiblər.

Dünya

İran Məhsa Əmininin ölüm səbəbini açıqladı

7 Oktyabr 2022

Sosial Media

İran Ədliyyə Xidməti Məhsa Əmininin ölümünün beyin hipoksiyasına görə olduğunu müəyyən edib. Bu barədə "Reuters" xəbər yayıb.  Məhsa Əmininin tibbi ekspertizasında onun ölümünün "baş və həyati orqanlara vurulan zərbələrlə əlaqədar olmadığı" bildirilib. https://toplum.tv/dunya/xameneyi-irandaki-etirazlarin-arxasinda-abs-ve-sionistler-dayanir Məhkəmə-tibbi ekspertləri bildirib ki, Əmini 8 yaşında olarkən beyin əməliyyatı keçirib və ağır dərmanlar qəbul edib: “Mərhumun uşaqlıqda keçirdiyi xəstəlik və qəbul etdiyi ağır dərmanlar səbəbindən polis idarəsində huşunu itirib. Və bundan sonra onun orqanizminin vəziyyətə uyğunlaşmaq üçün lazımi qabiliyyəti olmayıb”. 22 yaşlı Əmininin İran əxlaq polisinin nəzarətində olarkən ölməsi ölkədə iki həftədən çox davam edən kütləvi etirazlara səbəb olub. Atası onun ayaqlarında qançırlar olduğunu və onun...
Dünya

Nobel Sülh Mükafatının qalibləri bəlli oldu 

7 Oktyabr 2022

Rəsmi səhifə

Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatı, belarus hüquq müdafiəçisi Ales Byalyatski və Ukraynanın “Mülki Azadlıqlar Mərkəzi” hüquq müdafiə təşkilatı Nobel Sülh Mükafatına layiq görülüblər.  Bu barədə oktyabrın 7-də Nobel Komitəsi məlumat yayıb.  Nobel Sülh Mükafatı 1901-ci ildən "sülhün möhkəmlənməsinə görkəmli töhfəsinə görə" verilir. 120 il ərzində 109 fiziki şəxsə və 25 təşkilat mükafata layiq görülüb. Laureatlar arasında ən gənc mükafatçı, 2014-cü ildə mükafatı alan 17 yaşlı pakistanlı hüquq müdafiəçisi Malala Yusufzai də daxil olmaqla 18 qadın var. Beynəlxalq Qızıl Xaç Komitəsi üç dəfə Nobel Sülh Mükafatına layiq görülüb. https://toplum.tv/dunya/putin-kadirova-general-polkovnik-rutbesi-verdi Nobel Sülh Mükafatının tarixi ərzində SSRİ və Rusiyanın üç vətəndaşı laureat olub:...

Seçilmiş Videolar

Toplum TV loqo