TASS
Ramzan Kadırov
Çeçenistan rəhbəri Ramzan Kadırov Roma Papası Fransiskin çeçenləri və buryatları Ukrayna müharibəsinin “ən qəddar” iştirakçıları adlandırmasına reaksiya verib.
O, öz teleqram kanalında yazıb: “Dünya şöhrətli bir din adamının müsəlmanların düşmənə münasibətindən xəbərsiz olması utancvericidir” və əlavə edib ki, Papanı “xarici media propoqandasının qurbanı” hesab edir.
"Biz Məhəmməd peyğəmbərin etdiyi kimi sülh təklifi etmədən döyüşə başlamırıq. Biz bunu Xüsusi Hərbi Əməliyyatın başlanğıcından bəri, yəqin ki, onlarla dəfə etmişik. Çeçenlərin məhbuslara münasibəti, qəddar olub-olmaması barədə sizə bizim əsirliyimizdə olan Ukrayna hərbçilərinin özləri məlumat verəcəklər.
https://toplum.tv/dunya/zelenski-ukraynanin-berpasi-ucun-1-trilyon-dollardan-cox-vesait-lazimdir
Bəli, biz vətənimizi, dinimizi, xalqımızı qorumaq üçün canfəşanlıq edirik. Biz düşməni təslim olmağa, vətəndaşlarımızı isə öz müdafiəsinə qalxmağa çağırırıq. Bu qəddarlıqdır?"
Bundan əvvəl Rusiyanın Vatikandakı səfiri Aleksandr Avdeyev pontifikin bəyanatlarına rəsmi etirazını bildirərək, “belə eyhamlara qəzəbləndiyini” bildirmişdi. Buryatiyanın rəhbəri Aleksey Tsidenov Papanın mülahizələrini “qəribə”, Çeçenistan parlamentinin spikeri Maqomed Daudov isə “primitiv” adlandırmışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Forbes