TASS
Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiya qoşunlarının qərargahının yerləşdiyi Xerson vilayətində məktəb binasına endirdiyi zərbə nəticəsində Çeçenistan rəhbəri Ramzan Kadırova bağlı hərbi birləşmələrin 40-a yaxın döyüşçüsü öldürülüb, azı yüz adam yaralanıb. Bu barədə Ukrayna və müxalif çeçen teleqram kanalları məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da oktyabrın 25-i axşam yaydığı məlumatda hücumun Qahirə kəndindəki məktəbə təşkil edildiyini və nəticədə 30-a qədər insanın həlak olduğunu bildirib.
https://toplum.tv/multimedia/rusiya-ve-iran-niye-birden-bire-sert-tenqid-olunmaga-basladi
Çeçenistan rəhbəri Ramzan Kadırov isə bu iddialara özünün teleqram-kanalında iki səsli mesajla cavab verib. Birinci səs yazısında o, Ukraynadakı “xüsusi əməliyyatı” müharibə adlandırmağa çağırıb, çünki onun fikrincə, artıq hərbi əməliyyatlar Rusiya ərazisində gedir. O, həmçinin Rusiya regionlarının atəşə tutulmasına ordunun “zəif reaksiyalarından” narazılığını ifadə edərək, Ukrayna şəhərlərinin “yer üzündən silinməsini” təklif edib.
Bununla belə, Kadırov çeçen hərbçilərinin ölümü ilə bağlı heç nə deməyib.
Bir neçə saat sonra ikinci səsli mesajında Kadırov Ukraynadakı işğalı “satanizmlə müsəlman-xristianlar arasında müharibə” adlandırıb və onları birləşməyə çağırıb. Bu, cihaddır, deyən Çeçenistan rəhbəri əlavə edib ki, “çeçen komandirlər özlərini müdafiə etmək deyil, yalnız hücum etmək qərarına gəliblər”.
O, həmçinin Çeçenistan respublikasının 300-400 min sakinini Ukraynadakı müharibəyə göndərməyi təklif edib. Bu, respublika əhalisinin təxminən dörddə biri deməkdir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Yaxın Şərqdə müharibə: ABŞ atəşkəs başa çatdıqdan sonra İsrail üçün qırmızı xətlər çəkib
Açıq mənbələrdən götürülüb
Reuters
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?