kommersant/ru
Kanada Ukraynadakı müharibəyə görə sanksiya tətbiq etdiyi Rusiya, Belarus və Ukrayna vətəndaşlarının siyahısını genişləndirib.
"Radio Svoboda"-nın mayın 18-də verdiyi məlumatda görə, siyahıda Rusiya Prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqunun da adı var.
Məsələylə əlaqədar danışan Kanadanın İctimai Təhlükəsizlik naziri Marko Mendiçino deyib ki, sözgüedən şəxslər və onların ailə üzvləri Kanadaya daxil ola bilməyəcəklər.
Həmçinin bildirilir ki, hökumət immiqrasiya qanununa düzəlişlər edəcək. Dəyişikliyə əsasən, sanksiya siyahılarında olan şəxslər və onların ailə üzvləri Kanadaya səfər edə və viza ala bilməyəcəklər.
Kanadanın sanksiya siyahısında minə yaxın adam var ki, onların da əksəriyyəti Rusiya vətəndaşlarıdır.
Bundan əvvəl Putin və digər yüksək səviyyəli rus rəsmilərinə Avstraliya və Yeni Zelandiyaya da giriş qadağan edilmişdi.
Açıq mənbələrdən götürülüb
ZDF
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?