Dünya

Kanadada havanın temperaturu 48 dərəcəyə yüksəldi, onlarla insan ölüb

30 İyun, 2021
1689

CBC

Bernabi şəhərində son iki sutka ərzində təxminən 30 nəfər kəskin istilərdən ölüb.

CBC telekanalının məlumatına görə, Kanadanın Britaniya Kolumbiyası bögəsində baş verən rekord istilər nəticəsində qəfil ölüm hallarının qeydə alındığını bildirilir. 

Hüquq mühafizə orqanları açıqlama verib ki, son 48 saat ərzində Vankuver, Bernabi və Surrey şəhərlərində yüzlərlə insan qəfildən vəfat edib. Ölənlərin çoxu yaşlı insanlardır.

Onların ölümünün kəskin istilərdən ola biləcəyi istisna edilmir. 

Ən yüksək temperatur bazar və bazar ertəsi qeydə alınıb. 28 iyun tarixində Vankuverdən 150 km aralıda yerləşən Lytton şəhərində havanın hərarəti tarixi maksimuma -  47.9 selsi dərəcəyə çatıb. Digər bölgələrdə isə temperatur 40-45 dərəcə arasında dəyişib. Bəzi ərazilərdə son saatlarda hərarət düşüb, digərlərində isə isti hava şərait həftə sonunacan davam edəcək. 

Ölkənin qərbində həddindən artıq isti hava şəraiti ilə əlaqədar əhaliyə tədbirli olmaq barədə xəbərdarlıq edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Böyük Yeddilik ölkələri Qəzzada atəşkəsin uzadılmasını istəyir

Toplum TV
29 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

Böyük Yeddiliyə (G7) daxil olan ölkələrin xarici işlər nazirləri Qəzzada atəşkəsin uzadılmasını və bütün girovların dərhal azad edilməsini istəyib. Toplum TV BBC-yə istinadən xəbər verir ki, noyabrın 28-də Vaşinqtonda keçirilən görüşdə bununla bağlı birgə bəyanat qəbul edilib.  Sənədin qəbulundan əvvəl G7 ölkələrinin xarici işlər nazirləri İsrailin özünümüdafiə hüququnu tanıdıqlarını xüsusi qeyd ediblər. Həmçinin bəyanatda daimi atəşkəs çağırışı yoxdur. https://toplum.tv/dunya/pazerbaycan-israille-bagli-qetnamaye-qarsi-ccedilixibp “Biz yardım tədarükünü artırmaq və bütün girovların azad edilməsini təmin etmək üçün bu fasilənin daha da uzadılmasını və gələcək fasilələri dəstəkləyirik”, - sənəddə deyilir. Həmçinin vurğulanır ki, mülki əhaliyə ərzaq, su, yanacaq və dərman tədarükü də daxil olmaqla humanitar yardım göstərmək...
Dünya

Azərbaycan İsrailə qarşı qətnamayə səs verib

Toplum TV
29 Noyabr 2023

Un.org

BMT Baş Assambleyası İsraili Qolan Təpələrini tərk etməyə çağıran qətnamə qəbul edib. Toplum Tv "RIA Novosti"-yə istinadən xəbər verir ki,  BMT üzvləri sənəddə “İsrailin BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın müvafiq qətnamələrinə zidd olaraq 1967-ci ildən işğal altında olan Suriyanın Qolan Təpələrindən geri çəkilməməsindən dərin narahatlığını” bildiriblər.  https://toplum.tv/dunya/pelon-mask-anti-semitizm-ittihamlarindan-sonra-israile-sefer-edibp Azərbaycan daxil olmaqla 91 ölkə qətnaməni dəstəkləyib, 8 ölkə qətnamənin əleyhinə səs verib, 62 ölkə isə bitərəf qalıb. Qolan təpələri Yaxın Şərqdə mübahisəli ərazidir. Onun böyük hissəsi İsrailin, şərq hissəsi isə Suriyanın nəzarətindədir. İsrail Qolan təpələrini 1967-ci ildə 6 günlük müharibə zamanı ələ keçirib. Daha sonra, 1973-cü ildə Suriya təpələrə nəzarəti bərpa...

Seçilmiş Videolar

Toplum TV loqo