dna india
"Pfizer/BioNTech" şirkətlərinin koronavirusa qarşı istehsal etdiyi vaksin Ümumdünya Səhiyyə Təşkilatının COVAX proqramı çərçivəsində kasıb ölkələrə də çatdırılacaq.
Bu barədə yanvarın 22-də "Röyters" xəbər verib.
Məlumata görə, "Pfizer"in kasıb ölkələrə çatdırılması ilə bağlı təfərrüatlar hələlik məlum deyil, amma həcmin o qədər də böyük olmayacağı ehtimal edilir. Buna səbəb kimi COVAX proqramının həyata keçirildiyi ölkələrdə peyvəndin əsasən tibb işçiləri üçün nəzərdə tutulması göstərilir.
COVAX vasitəsilə "Pfizer" vaksinlərinin kasıb ölkələrə fevraldan etibarən çatdırılacağı bildirilib.
Daha əvvəl Ukrayna və Gürcüstan kimi post-Sovet ölkələrinin hökumətləri ilin birinci rübündə "Pfizer" vaksinlərini əldə edəcəklərini bildirmişdilər. Amma doza sayının yüksək olmayacağı bildirilib. Gürcüstanın cəmi 700 min doza "Pfizer" peyvəndi alacağı ehtimal edilir.
Sosial media
sosial media
7 uşaqlı ana: “Demirik ki, bizə ət alsınlar. Deyirik ki, hər ay bir yeşik ərzaq versinlər”
İddia: “Polis kapitanı mənə dedi ki, bu dəqiqə paqonumuzu cırıb başına oyun açacağıq”
Könül Şamilqızı: “Zelenski arı yuvasına çubuq uzadıb”
"Paşinyan hakimiyyəti devrilsə, sərhədlərin açılması Türkiyənin də, Azərbaycanın da ziyanına işləyəcək”
İsa Qəmbər: “Xalq bu cür önəmli məlumatı erməni və rus mətbuatından öyrənməli deyil”