MTAK
Şimali Koreya lideri Kim Çen In-ın həyat yoldaşı bir illik fasilədən sonra ictimaiyyət arasında görünüb.
Onun fotosunu Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) fevralın 16-da öz saytında dərc edib.
Agentliyin məlumatına görə, Şimali Koreya liderinin xanımı onunla birlikdə Ulduz Gününə (Kim Çen İr-in doğum günü) həsr olunmuş konsertdə peyda olub.
Axırıncı dəfə ölkənin dövlət nəşri Kim Çen In-ın xanımı Li Sol Çjunun adını 2020-ci ilin yanvarın 25-də çəkmişdi. Həmin vaxt o, əri ilə birlikdə Yeni ili qeyd etmək üçün Pxenyandakı teatra gəlmişdi.
Li Sol Çju uzun müddət ictimaiyyət arasında görünmədiyi üçün Cənubi Koreya mətbuatı onun yoxa çıxdığını yazırdı.
Gazprom.ru
AFP
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?