KİV: Ağ Ev Pelosinin Tayvana səfərinə görə məsuliyyət daşımadığını bəyan edib
Açıq mənbələrdən götürülüb
Rəsmi Vaşinqton Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərinə görə məsuliyyəti daşımadığını bildirib.
Bu barədə CNBC-nin yaydığı məlumatda deyilir.
Mətbu orqanın məlumatına görə, Prezident Co Bayden administrasiyasının nümayəndələri çinli həmkarlarını inandırmağa çalışırlar ki, nə ABŞ lideri, nə də hərbi rəsmilər Pelosinin hərəkətlərinə təsir edə bilirlər. Onlar Pelosinin Tayvana səfərinin şəxsi təşəbbüs olduğunu bildirsələr də, səyləri heç bir nəticə verməyib.
https://toplum.tv/dunya/cin-pelosinin-tayvana-seferi-ile-bagli-son-defe-xeberdarliq-edib
“Amerika prezidentlərinə və onların Konqresdəki əsas müttəfiqlərinə xarici siyasət məsələlərində bir-birini əvəz edə bilən elementlər kimi baxmağı öyrənmiş dünya üçün Vaşinqtondakı daxili parçalanma inandırıcı gəlmir", - deyə kanalın jurnalist hazırkı vəziyyəti təsvir edib.
Vaşinqton Tayvanı müstəqil hesab edir, Pekin isə bu ərazilərin ona məxsus olduğunu deyir. Çin hakimiyyəti Pelosinin Tayvana səfərinə qəti şəkildə qarşı çıxıb. Avqustun 2-də Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chunying səfərin baş tutacağı təqdirdə sərt cavab vermək əzmində olduqlarını bir daha təsdiqləyib.
Sosial mediada və KİV-də yayılan iddialara görə, Pelosinin yaxın saatlarda Tayvana səfəri baş tutacaq. Səfərlə əlaqədar olaraq Çin qoşunlarının Tayvan yaxınlığında döyüş hazırlığına gətirildiyi bildirilir.
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir