Dünya

KİV: Boris Conson NATO-nun baş katibi ola bilər

27 İyul, 2022
476

Açıq mənbələrdən götürülüb

Britaniya Mühafizəkarlar Partiyasının yüksək rütbəli üzvləri keçmiş baş nazir Boris Consonun NATO-nun baş katibi postuna namizədliyinə tərəfdardır. 

Bu barədə "The Telegraph" məlumat yayıb. 

NATO-nun hazırkı rəhbəri Yens Stoltenberqin gələn ilin sentyabrında istefa verəcəyi gözlənildiyi üçün Conson bu posta əsas namizəd kimi nəzərdən keçirilir.

Qəzet qeyd edir ki, Conson sentyabrın 6-da baş nazirliyi tərk etdikdən sonra bir müddət istirahət edəcək, sonra isə yeni vəzifəsinin icrasına başlayacaq. 

Baş katib vəzifəsini tutmaq üçün o, həmçinin deputatlıqdan getməli olacaq.

https://toplum.tv/dunya/stoltenberq-bu-rusiya-ve-nato-arasinda-tammiqyasli-muharibeye-cevrilse-hamimiz-eziyyet-cekeceyik

Boris Conson iyulun 7-də Böyük Britaniyanın Baş naziri vəzifəsindən istefa verib. 

Consonun istefasına səbəb kimi onun cinsi qısnamada ittiham olunan deputat Kris Pinçeri hökumət postuna təyin etməsi göstərilir. Bundan sonra hökumətdə ard-arda istefalar baş verib. Bəzi nazirlər və hökumət üzvləti Consona etiraz olaraq, vəzifələrindən gediblər. 

İyun ayında da hakim Mühafizəkarlar Partiyasından olan deputatlar partiya lideri və Baş nazir kimi Consona etimadsızlıq səsverməsi keçirmişdilər. Səbəb anti-COVID məhdudiyyətlərinin ortasında hökumət üzvlərinin əyləncə tədbirləri keçirməsi olmuşdu. Amma o vaxt Consonun tərəfdarları cüzi fərqlə qalib gəlmişdi. 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo