Reuters
Gələn həftə İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələrinin görüşü keçirilə bilər.
Bu barədə Türkiyə prezidentinin ətrafındakı mənbələrə istinadən məlumat yayan “Milliyet” qəzeti görüşün Ukraynadan taxıl ixracına həsr olunacağını yazır.
Danışıqlar qrupunun tərkibi hələ məlum deyil. Qəzet görüşdə Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın və BMT Baş katibi Antoniu Quterreşin iştirakını ehtimal edir.
https://toplum.tv/dunya/stoltenberq-ukraynada-muharibe-illerle-sure-biler
Ukraynadan taxıl ixracı ilə bağlı Türkiyə ilə danışıqları Kremlin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib və danışıqların Müdafiə Nazirliyi vasitəsilə aparılacağını əlavə edib.
BMT-nin mətbuat xidməti ehtimal olunan danışıqların vaxtını hələ ki, dəqiqlədirməyib. Ukrayna tərəfi xəbəri şərh etməyib, amma Kiyev daha əvvəl belə bir əndişəsini səsləndirmişdi ki, limanların akvatoriyasının minalardan təmizlənməsindən Rusiya Odessaya hücum üçün istfadə edə bilər.
Ukrayna dünyada dördüncü taxil ixracatçısıdır. O, 2021-ci ildə 45 milyon ton taxıl və paxlakimilər ixrac edib. Hazırda 22 milyon ton taxıl hərbi əməliyyatlar üzündən ölkədən çıxarıla bilmir.
Açıq mənbələrdən götürülüb
ZDF
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?