Dünya

KİV: Tunisin baş naziri döyülərək istefaya məcbur edilib

29 İyul, 2021
119

Reuters

Tunisin baş naziri Hiçem Meçiçi məcburən istefa verməsi üçün prezident sarayında döyülüb. 

Bu barədə iyulun 29-da "The Middle East Eye" nəşri xəbər verib. 

Nəşrin məlumatına görə, Meçiçi prezident Kais Səidin iqamətgahına dəvət olunub, burada dövlət başçısı ondan könüllü surətdə istefa verməyi tələb edib. O, imtina edəndə isə naməlum şəxslər onu prezidentin tələb etdiyinə razı olanacan döyüblər. 

Meçiçi rəsmi bəyanatında dövlət nizamına qarşı getməyəcəyini, səlahiyyətlərini növbəti baş nazirə ötürməyə hazır olduğunu və ona uğurlar arzuladığını bildirib.  

İyulun 26-da Tunis prezidenti hökuməti istefaya göndərib, parlamentin fəaliyyətini dondurub, deputatların toxunulmazlığını ləğv edib və parlament spikerinin ölkədən çıxmasına qadağa qoyub. Bu qərar ölkəni bürüyən hökumət əleyhinə iğtişaşlar və korrupsiyaya qarşı kütləvi etiraz aksiyaları fonunda verilib. 

Dünya

ABŞ, Avstraliya, Yaponiya və Hindistan yeni ittifaq yaradıb

25 Sentyabr 2021

Rəsmi səhifə

ABŞ, Avstraliya, Yaponiya və Hindistan “Dördlük” (“Quad”) yaradılması barədə razılıq əldə edib. “Report” “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skot Morrison bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden, Hindistanın Baş naziri Narendra Modi, Yaponiyanın Baş naziri Suğa Yosihide və özü arasında Hind-Sakit okeanı bölgəsində “Çini sabitləşdirmək üçün” “Dördlük” (“Quad”) adlı formatı qəbul edənlərin Vaşinqtonda ilk görüşü keçirilib: “Dördlük” Çin, yaxud hər hansı bir ölkə üçün ortaqlıqdır. Bu, Hind-Sakit okean regionundakı xalqların rifahını yüksəltmək üçün müsbət təşəbbüsdür”. Ağ Evin Şərq Otağında bir araya gələn 4 lider koronavirusa qarşı mübarizə, yeni texnologiyalar, regional infrastruktur, təmiz enerji, iqlim dəyişikliyi, habelə regional...
Dünya

Tramp seçici bəyənməsinə görə Baydeni üstələyib

24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp sentyabrın nəticələrinə əsasən indiki Prezident Co Baydeni seçicilərin bəyənməsində qabaqlayır.  Bu barədə "The Hill" nəşri Harvard Mərkəzinin sorğu nəticələrinə istinadən xəbər verir. Sorğu nəticələrinə görə, Birləşmiş Ştatların keçmiş prezidentini seçicilərin 48 faizi, indikini isə 46 faizi dəstəkləyir. Respondentlərin 51 faizi Trampın Baydendən yaxşı prezident olduğunu düşünürlər.  "The Hill" qeyd edir ki, indiki prezidentin reytinqi koronavirus yoluxmalarının artması və Amerika qoşunlarının Əfqanıstandan çıxarılması fonunda azalır. İyulda Baydenin reytinqi 52% təşkil edirdi, bu da bir ay əvvəl ilə müqayisədə 10% az idi. Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsi ilə Baydenin reytinqi 46 faizə düşüb.  Avqustun 13-də keçirilən analoji sorğuda...
Seçilmiş Videolar