Dünya

Kiyev əhalisinin 70 faizi işıqsız qalıb

24 Noyabr, 2022
63

Bloomberg

Kiyev

Noyabrın 24-ü səhərə qədər Kiyevin 70 faizi hələ də işıqsız qalıb. 

Toplum TV "Radio Svoboda"-ya istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib. 

Ukraynanın Energetika Nazirliyi ölkədə bütün mühüm infrastruktur obyektlərində elektrik təchizatının bərpa olunduğunu açıqlayıb. Lvovda da enerji təchizatını bərpa etmək mümkün olub. Bununla belə, ölkənin bir çox bölgələri işıqsız qalıb. Dnepropetrovsk və Xarkov vilayətlərində, Odessada da çətin vəziyyət var.

https://toplum.tv/dunya/avropa-parlamenti-rusiyani-terrorizme-sponsorluq-eden-dovlet-kimi-tanidi

Rusiya ordusu noyabrın 23-də Kiyev daxil olmaqla Ukrayna ərazisinə onlarla raket atıb. Əsas hədəf enerji infrastrukturu obyektləri olub. Rusiya oktyabrın 10-dan mütəmadi olaraq Ukraynaya anoloji kütləvi zərbələr endirir. Son hücum Ukraynada təkcə elektrik enerjisinin deyil, həm də su və istilik təchizatının geniş miqyaslı kəsintisinə səbəb olub.

Kiyevin xahişi ilə BMT Təhlükəsizlik Şurası təcili məsləhətləşmələr üçün noyabrın 23-də axşam toplaşıb. Ukrayna prezidenti Volodimir Zelenski videobağlantı vasitəsilə danışıb. O, Təhlükəsizlik Şurasını “enerji terrorunu” pisləyən qətnamə qəbul etməyə çağırıb, həmçinin infrastruktura dəymiş ziyanın miqyasını qiymətləndirmək üçün BMT ekspertlərini Ukraynaya dəvət edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

İsrail və ABŞ İrana zərbələr endirmək üçün təlimlərə başlayır

29 Noyabr 2022

Reuters

İsrail Müdafiə Nazirliyi ABŞ-la birlikdə İrana zərbələrini imitasiya edən silsilə hava təlimləri keçirəcək.  Toplum Tv “The Times of Israel”-ə istinadən məlumat bildirir ki, bu barədə İsrail Müdafiə Nazirliyi xəbər yayıb.  Nəşrin məlumatına görə, manevrlər nazir Aviv Koçavinin ötən həftə ABŞ-a səfəri zamanı razılaşdırılıb. https://toplum.tv/siyaset/pentaqon-azerbaycanla-herbi-emekdasligi-muzakire-edir İlk təlimlər çərşənbə axşamı, noyabrın 29-da İsrail və Aralıq dənizi üzərində keçiriləcək. Təlimdə İsrail Hərbi Hava Qüvvələrinin və ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları və tankerləri iştirak edəcək, onlar “regional təhlükələr qarşısında bir sıra ssenarilər hazırlayacaqlar”. Bundan əvvəl bildirilmişdi ki, İsrail Rusiya ilə İran arasında nüvə enerjisi sahəsində əməkdaşlığın güclənməsindən narahatdır və bu, Tehranın nüvə silahı yaratmasına...
Dünya

Türkiyə Suriya kəşfiyyatı ilə əməkdaşlığa başlayıb

29 Noyabr 2022

DW

Türkiyə Prezidentinin nümayəndəsi İbrahim Kalın Suriya kəşfiyyatı ilə əlaqələrin davam etdiyini açıqlayıb. Toplum TV xəbər verir ki, Kalın bu barədə "AHaber" telekanalına müsahibəsində bildirib. https://toplum.tv/dunya/turkiye-ukraynaya-elektrik-enerjisi-vere-biler "Suriya ilə kəşfiyyat orqanları səviyyəsində əlaqə saxlayırıq, kəşfiyyatımızın rəhbəri ehtiyaclarımızın bir hissəsi olaraq suriyalı həmkarla koordinasiyanı müzakirə edir", - deyə o qeyd edib.  Kalın həmçinin vurğulayıb ki, Türkiyənin Suriyada mübarizə apardığı terrorçu qrupların yaratdığı təhlükələri minimuma endirmək üçün kəşfiyyat xidmətləri ilə təmaslarını davam etdirəcək. O əlavə edib ki, bu, ilk növbədə Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasına (PKK) aiddir.

Seçilmiş Videolar

Toplum TV loqo