Dünya

Köçəryan: "Rusiya Azərbaycana Qarabağı tam tutmağa imkan vermədi"

22 İyul, 2021
1506

Açıq mənbələrdən götürülüb

"Azərbaycanın məqsədi Qarabağı tam tutmaq idi, amma Rusiyanın müdaxiləsi onun planlarını pozdu". Ermənistanın keçmiş prezidenti Robert Köçəryan yerli telekanallara müsahibəsində belə deyib.

“Rusiyanın müdaxiləsinə görə Azərbaycanın planı yalnız qismən həyata keçdi. İndi o, məqsədinə müxtəlif üsullarla, təzyiq yolu ilə nail olmağa çalışır”, - deyə Köçəryan əlavə edib.

Keçmiş prezident Qaragöl ətrafında baş verən hadisələrə, eləcə də Rusiya və KTMT-nın buna reaksiya verməməsinə də toxunub. Onun sözlərinə görə, Paşinyan Vətəndaş Müqaviləsi Partiyasının fəalları ilə görüşündə “Gölün 30 faizinə görə savaşmaq niyyətində deyiləm, sovet xəritələrinə əsasən, həmin 30% Azərbaycan ərazisində yerləşir" deyib.

“Əgər ölkənin rəhbəri elə düşünürsə, heç vaxt Qaragöl haqqında eşitməyən, harada yerləşdiyini bilməyən Rusiya və KTMT niyə başqa cür düşünməlidirlər? Siz problemi niyə onların üzərinə qoyursunuz ki?”, - deyə Köçəryan sual verib ("Sputnik Armenia").

Dünya

KİV: Tunisin baş naziri döyülərək istefaya məcbur edilib

29 İyul 2021

Reuters

Tunisin baş naziri Hiçem Meçiçi məcburən istefa verməsi üçün prezident sarayında döyülüb.  Bu barədə iyulun 29-da "The Middle East Eye" nəşri xəbər verib.  Nəşrin məlumatına görə, Meçiçi prezident Kais Səidin iqamətgahına dəvət olunub, burada dövlət başçısı ondan könüllü surətdə istefa verməyi tələb edib. O, imtina edəndə isə naməlum şəxslər onu prezidentin tələb etdiyinə razı olanacan döyüblər.  Meçiçi rəsmi bəyanatında dövlət nizamına qarşı getməyəcəyini, səlahiyyətlərini növbəti baş nazirə ötürməyə hazır olduğunu və ona uğurlar arzuladığını bildirib.   İyulun 26-da Tunis prezidenti hökuməti istefaya göndərib, parlamentin fəaliyyətini dondurub, deputatların toxunulmazlığını ləğv edib və parlament spikerinin ölkədən çıxmasına qadağa qoyub. Bu qərar ölkəni...
Dünya

İran Bakı və Yerevana yardım təklif etdi

29 İyul 2021

Reuters

İran Bakı və Yerevan arasındakı münasibətlərin tənzimlənməsi üçün yardım etməyə hazırdır. "Sputnik Ermənistan"ın iyulun 29-da verdiyi məlumata görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xatibzadə açıqlama verib.  Xatibzadə Azərbaycan-Ermənistan sərhədində münaqişənin dərinləşməsindən narahat olduğunu, yaralanan əsgərlərə görə kədərləndiyini diqqətə çatdırıb. Diplomatın sözlərinə görə, gərginliyi və toqquşmaları bacardıqca tez aradan qaldırmaq və Cənubi Qafqazda əmin-amanlıq yaratmaq zəruridir. 
Seçilmiş Videolar