Dünya

Köçəryan yeni müharibə ehtimalını və hakimiyyətə qayıdışını istisna etməyib

4 Mart, 2021
141

JAM News

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan baş nazir Paşinyanın istefasını tələb edən müxalifətə rəhbərlik etməyi planlaşdırmır. 

Bu barədə o, martın 4-də Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müxalifətin hazırkı lideri Vazgen Manukyan layiqli, təcrübəli siyasətçidir. Hərəkatın vəzifəsi hökumətin istefası və bir ildən sonra növbədənkənar seçkilərin keçirilməsidir. Amma Manukyan bu seçkilərdə iştirak etməyəcək. Bu mənada Ermənistanda belə ciddi məsuliyyəti öz üzərinə götürməyə hazır olan siyasətçilər o qədər də çox deyil, Köçəryan deyib.

Ermənistan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin bərpası ilə bağlı suala cavab verən Köçəryan deyib ki, buna 3 mlrd. dollar lazımdır.

Ermənistan hakimiyyəti itkilərin - maddi və insani miqyasından danışmır, o qeyd edib.

"Regionda ən döyüş qabiliyyətli ordu kimi Ermənistan Silahlı Qüvvələrini bərpa etmək lazımdır", - Köçəryan deyib və etiraf edib ki, bunu Rusiyanın köməyi olmadan etmək mümkün deyil.

"Noyabrın 10-da hakimiyyət diz çökməli və xalqdan üzr istəməli idi. Əgər onların ləyaqətləri olsaydı, özlərini güllələyərdilər", - Köçəryan qeyd edib. İmzalanmış sənəd bir yarım səhifədən ibarətdir. Belə məsələlər bir yarım səhifə ilə həll edilmir. Ayrı-ayrı təfərrüatlar üzrə bir çox sənədlər hazırlamaq lazım gələcək, Köçəryan aydın olmayan şəkildə qeyd edib  və deyib ki, Ermənistan hökuməti Qarabağla bağlı danışıqları layiqincə apara bilmir.

Daha sonra o, hakimiyyəti Moskvaya səfərini pozmaqda ittiham edib və eyhamla deyib ki, müharibənin dayandırılması ilə bağlı Putinlə razılığa gələ bilərdi. Onun sözlərinə görə, müharibə dövründə Rusiya prezidenti ilə birbaşa əlaqələr olmayıb, lakin onun vəziyyətlə bağlı öz mülahizələrini və mövqeyini Rusiya rəhbərliyinə çatdırmaq imkanı olub.

O hesab edir ki, Qarabağda yeni müharibə mümkündür. "Qarabağda ədalətsiz sülh yeni müharibəyə gətirib çıxaracaq", - o deyib və ATƏT-in Minsk Qrupunu işini fəallaşdırmağa çağırıb.

"Minsk Qrupu indi lazımdır. O, Rusiyaya da lazımdır. Qarabağın statusu ilə bağlı danışıqlar prosesinin hansı istiqamətdə gedəcəyini demək çətindir. Lakin dünya təcrübəsi göstərir ki, ədalətsiz sülh uzun müddət davam edə bilməz", - Köçəryan qeyd edib.

Əgər tərəflərdən biri müharibənin nəticəsi ilə razılaşmırsa, "yeni müharibə gözləyin". "Siyasi həll tapmaq lazımdır. Əgər Azərbaycanda hesab etsələr ki, onlar Qarabağ problemini həll ediblər, bu, indiki vəziyyətə baxmayaraq, bunun əksi demək olacaq", - Köçaryan deyib.

Paşinyanın hakimiyyətə gəlməsində Sarkisyanın günahı ilə bağlı sualın cavabında Köçəryan qiymətləndirməkdən çəkinib.

"Biz həmişə günahkar axtarmağa çalışırıq. Mənim üçün 2018-ci il anlaşılmaz bir il oldu. Düşünmürdüm ki, xalqımız ilə belə asanlıqla manipulyasiya etmək olar. Texnologiyaların tətbiqi erməni cəmiyyətində belə effektiv ola bilər", -Köçəryan deyib.

"Bu proseslərə gətirib çıxaran problemlər olub. Lakin burada texnologiyaların tətbiqi, geosiyasət, xarici qeyri-erməni qüvvələrin aktiv müdaxiləsi də olunub", - Köçəryan hesab edir.

Hökumətin istefası ilə bağlı Baş Qərargahın tələbini şərh edən Köçəryan deyib ki, generalitet özünü "çox təmkinli" aparır. Generallar istəmirlər ki, onların hərəkəti hərbi çevriliş cəhdi kimi qəbul edilsin. Eyni zamanda "hərbi çevriliş" söz birləşməsindən qorxmaq lazım deyil. Tarixdə hərbi çevrilişin dövlətçiliyi qoruyub saxlamağa və iqtisadiyyatın inkişafını təmin etməyə imkan verdiyi hallar az deyil ("Turan").

Dünya

ABŞ İrana qarşı tətbiq olunan sanksiyaları ləğv etməyəcək

10 Aprel 2021

Panda Security

ABŞ 2017-ci ildə İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyəcək. CNN-nin məlumatına görə, bunu aprelin 10-da Dövlət Departamentinin rəsmisi deyib. O bildirib ki, İranın bütün sanksiyaların ləğv olunmasına dair tələbi qəbulolunmazdır: "Əgər İran 2017-ci ildə qəbul edilən sanksiyaların ləğv olunmasını tələb edib, əks təqdirdə sazişin əldə olunmayacağı ilə bağlı mövqeyində israr edəcəksə, o zaman danışıqlar dalana dirənəcək". İran ABŞ-ın tələb etdiyi nüvə sazişinin yenidən bərpa olunması üçün bütün sanksiyaların ləğvini tələb edir. 
Dünya

Gürcüstan prezidenti müxalifəti anlayışlı olmağa çağırdı

10 Aprel 2021

Agenda.ge

Salome Zurabişvili bütün siyasi partiyaları ölkənin ərazi bütövlüyünün həlli, pandemiya ilə mübarizə və siyasi gərginliyin azaldılması üçün həmrəyliyə çağırıb. "Sputnik Gürcüstan"ın aprelin 10-da verdiyi xəbərə görə, bu barədə Zurabişvili parlamentdəki çıxışı zamanı danışıb.  “Bu gün böyük çətinliklərlə üzləşən ölkə öz tarixi təcrübəsinə söykənməli və həmrəyliyə nail olmalıdır”, - prezident seçkilərin nəticələrinə etiraz olaraq parlamentdəki yerlərdindən imtina edən siyasi partiyalara müraciət edərkən deyib. O, partiya təmsilçilərini ölkənin siyasi həyatında fəal rol oynamağa və müxalifəti  ölkənin maraqlarına daha çox anlayış göstərməyə çağırıb.  Zurabişvilinin sözlərinə görə, Abxaziya və Cənubi Osetiyanın işğalına son verilməsi, Gürcüstanın NATO və Avropa İttifaqına inteqrasiyası prioritet məsələlər olmalıdır.  “Əgər...
Seçilmiş Videolar