Getty Images
ABŞ Konqresinin Nümayəndələr palatası Ukraynaya 40 milyard dollarlıq yardım paketini təsdiqləyib.
"Reuters”in məlumatına görə, Konqres hərbi yardım axınını davam etdirmək və Rusiyanın işğalı ilə mübarizə aparan Kiyev hökumətini gücləndirmək üçün səy göstərir.
Nümayəndələr Palatasında 368 səs sözügedən qanun layihəsinin lehinə, 57 səs əleyhinə olmaqla qəbul olunub.
Ötən həftə Prezident Co Bayden Kiyevə əlavə maliyyə yardımı üçün Konqresə müraciət edib. O, ləngimədən Ukraynaya 33 milyard dollar vəsait ayırmağa çağırıb.
Lakin Konqres üzvləri bu məbləği 39,8 milyard dollara çatdırmaq barədə razılığa gəliblər.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
AFP
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”