Dünya
Koronavirus: Gürcüstan 3 801, Ermənistan 1785
26 Noyabr, 2020
158
Gürcüstanda son sutka ərzində 3 801 nəfər koronavirusa yoluxub, 3200 nəfər sağalıb, 39 pasiyent isə ölüb.

Bu barədə noyabrın 26-da Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.

Bugünədək Gürcüstanda COVID-19-a 118 690 yoluxma faktı təsdiqlənib. Yoluxan şəxslərin 98 781-i sağalıb, 1 124-ü ölüb.

Ermənistanda isə son sutka ərzində 1 785 nəfərdə koronavirus aşkarlanıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 130 870-ə yüksəlib.

Hazırda Ermənistanda 25 228 aktiv koronavirus xəstəsinin olduğu bildirilir. 
Dünya

ABŞ və Aİ razılığa gəldilər

6 Mart 2021

margin.az

Avropa İttifaqı (Aİ) və ABŞ hava yükdaşımalarında gömrük vergilərinin dondurulması ilə bağlı qərar qəbul ediblər. Təyyarə subsidiyası ilə bağlı 16 il davam edən mübahi nəticəsində milyardlarla dollarlıq ixraca tətbiq olunan tariflər aradan qaldırılıb. Qərar Avropa İttifaqının ABŞ-a 7,5 milyard dollarlıq, ABŞ-ın Avropa İttifaqına 4 milyard  dollarlıq məhsullarının ixracına aid ediləcək.  “Blumberq” yazır ki, bu, pandemiyadan zərər çəkmiş aviasiya sənayesinin vəziyyətini müəyyən qədər yaxşılaşdıra bilər.  Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hesablamalarına görə, Avropada aviasiya sektoru 7 milyon iş yerinin ixtisar edilməsi riski ilə üzləşib.
Dünya

Koronavirus statistikası: Gürcüstan və Ermənistan 

6 Mart 2021

DW

Gürcüstanda son sutkada daha 355 nəfərin koronavirusa yoluxub. Bu barədə martın 6-da Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Məlumata görə, 91 nəfər sağalaraq evə buraxılıb, 4 pasiyent vəfat edib. Bu günə kimi Gürcüstanda COVID-19-a 272 617 yoluxma halı təsdiqlənib. Onlardan 266 344-ü sağalıb, 3 567-si isə ölüb. Son 24 saat ərzində yeni yoluxma faktlarının müəyyən edilməsi üçün 19 737 test aparılıb.   Ermənistanda isə son sutkada 508 nəfər COVID-19-a yoluxub. Bu barədə məlumatı martın 6-da ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Məlumatda bildirilir ki, son 24 saat ərzində daha 4 nəfər virusdan vəfat edib.  Son...
Seçilmiş Videolar